Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı tələbələrə ispan dili pulsuz tədris olunacaq

Tarix: 24-09-2019 08:06     Baxış: 3165 A- / A+
Azərbaycanlı tələbələrə ispan dili pulsuz tədris olunacaq

Valensiya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə İspaniyanın Valensiya şəhərində tədbir keçirilib.

Manevr.az xəbər verir ki, tədbirdə Valensiya Azərbaycanlıları Cəmiyyətinin sədri Mübariz İbrahim, Türkiyənin İspaniyadakı keçmiş konsulu Cəfər Koçtürk, İspaniya Azərbaycanlıları Konqresinin sədri Vahid İmanov və təşkilatın digər nümayəndələri, bu ölkədə yaşayan bir çox soydaşlarımız iştirak edib. Tədbirdə İspaniyadakı Azərbaycan diasporunun gördüyü işlər, gələcəkdə həyata keçirmək istədiyi layihələr müzakirə olunub.

O cümlədən, Valensiyada və İspaniyanın diğər bölgələrində Azərbaycan Evinin açılması, bu evlərdə, İspaniyada təhsil alan azərbaycanlı tələbələr üçün pulsuz ispan dilinin tədris olunması qərara alınıb. Daha sonra İspaniya ilə Azərbaycan arasında mədəniyyət, incəsənət və turizm əlaqələrinin qurulmasına dəstək vermək, habelə Krallıqda yaşayan türkdilli xalqların nümayəndələrini bir araya gətirmək kimi vacib məsələlərdən də söz açılıb.

Tədbir iştirakçıları bildiriblər ki, Azərbaycanın ən sağalmaz dərdi olan Xocalı soyqırımı haqda İspaniya cəmiyyəti maksimum məlumatlandırılmalıdır. Qərara alınıb ki, bütün bu proqramları reallaşdırmaq üçün gələcəkdə İspaniya Azərbaycanlıları Birliyinin təsis toplantısı keçirilsin. Görüşün sonunda İspaniya Azərbaycanlıları Konqresi ilə Valensiya Azərbaycanlıları Cəmiyyəti arasında birgə əməkdaşlıq memorandumu imzalanıb.teleqraf.com

Manevr.az
Azərbaycanlı tələbələrə ispan dili pulsuz tədris olunacaq

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar