Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakının 10 aydır başçısız qalan rayonu - müəmma davam edir...

Tarix: 23-09-2019 17:18     Baxış: 3134 A- / A+
Bakının 10 aydır başçısız qalan rayonu - müəmma davam edir...

Bakının Xətai rayonu 10 aydır başçısız qalıb. 2018-ci il dekabrın 13-də Razim Məmmədov vəzifəsindən azad edildikdən sonra Xətai rayon İcra Hakimiyyətinin başçısı postuna hələ də təyinat gerçəkləşməyib.

Manevr.az-ın məlumatına görə, hazırda icra başçısının səlahiyyətlərini Rafiq Quluyev yerinə yetirir. O, 1997-ci ildən sözügedən İcra Hakimiyyətinin ümumi şöbəsində müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək isə həmin şöbənin müdiri vəzifəsində çalışıb.

21 may 2012-ci ildə icra başçısının müavini təyin edilən Quluyev iki il sonra 1-ci müavin postuna gətirilib.

2006-cı ildən hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan 45 yaşlı Quluyevin Razim Məmmədovun xələfi olması gözlənilir. Lakin Bakının ən iri rayonlarından sayılan (ərazisi 31,6 кvadrat kilometrə çatır, əhalisi isə 290 min nəfərdən çoxdur) Xətai rayonuna rəhbərlik etmək arzusuna düşən digər şəxslər də var. Elə bu səbəbdən də icra başçısı təyinatının yubandığı bildirilir.

Kulislərdə namizədlərdən biri kimi Xətai rayonundan deputat, eyni zamanda YAP Xətai rayon təşkilatının sədri Hüseynabal Mirələmovun adı hallandırılsa da, bu, inandırıcı görünmür. Səbəb onun yaşıdır. Belə ki, Mirələmovun hazırda 74 yaşı var.

Hələ bir neçə ay əvvəl mövzu ilə bəhs edərkən bildirmişdik ki, paytaxt meri Eldar Əzizov Xətai rayonununa icra başçısı təyin ediləcək şəxsin özünə yaxın kadr olmasına çalışır. Əzizovla bərabər, başqa bir neçə iri məmurun da həmin posta öz namizədinin olduğu deyilir.

Sonda hansı namizədin üzünün güləcəyini demək çətin olsa da, fakt bundan ibarətdir ki, Bakının aparıcı rayonlarından biri 10 aydan çoxdur başçısızdır.qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar