Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Gənc yazarların yaltaqlığı, trolluğu ədəbiyyatımızın sabahı adına utancvericidir" - Tural Turan

Tarix: 22-09-2019 23:22     Baxış: 4276 A- / A+
"Gənc yazarların yaltaqlığı, trolluğu ədəbiyyatımızın sabahı adına utancvericidir" - Tural Turan


"Hazırkı Azərbaycan ədəbiyyatının ölgün durumu məni çox üzür. Ədəbi proses yoxdur. Bəzi ədəbiyyat saytları cümlə qura bilməyən adamların cızma-qaralarını oxucuya istedadlı yazar adı ilə sırıyır. Üstəlik, üzdə olan bir çox istedadlı və istedadsız yazarların əqidə problemi var.Gənc yazarların yaltaqlığı, trolluğu ədəbiyyatımızın sabahı adına utancvericidir".


Manevr.az bildirir ki, bunu şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tural Turan deyib. AYB üzü qeyd edib ki, yazarların qorxaqlığının, troll kimi istifadə olunmalarının səbəbini anlaya bilmir: "Doğrudan da təəccüblü durumdur. Demokratik ölkədə yaşayırıq. Diktotarial bir durum yoxdur. Sovet dövrünün, 37-ci il repressiyasının nəfəsi də duyulmur. Bəs o zaman gənc yazarları troll olmağa nə vadar edir?! Doğrudan da acınacaqlı durumdur. Ədəbi təşkilatlarda üçüncü, dördüncü dərəcəli adamların çirkin sifarişlərini yerinə yetirirlər. Tarix onlara acımayacaq. Əfv etməyəcək. Mən isə öz ədəbi nəsildaşlarımın durumuna acıyıram. Çünki 2010-cular nəslinin üç-beş nümayəndəsindən başqa kimsə xoş adla xatırlanmayacaq. Ədəbiyyat siyasət deyil. Əksəriyyəti ədəbi proseslərdə çirkin siyasi gedişlər etməklə yadda qalırlar. Yaltaqlıq, məddahlıq baş alıb gedir. AYB sədrliyinə namizədliyimi verəcəyimi açıqlayandan sonra gənc nəsildaşlarımın mənə və digər iki namizədə qarşı sifarişlə hansı hoqqalardan çıxdığının şahidi oldum. Sadəcə, nə vaxtsa onlarla çay-çörək süfrəsi arxasında oturduğuma görə utandım".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar