Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni fitnəsi, Stalinin əmri - Üzeyir bəyin sənədi necə saxtalaşdırıldı...

Tarix: 18-09-2019 21:51     Baxış: 4138 A- / A+
Erməni fitnəsi, Stalinin əmri - Üzeyir bəyin sənədi necə saxtalaşdırıldı...

“Şuşa” qəzetinin baş redaktoru Vasif Quliyevin sözlərinə görə, dahi bəstəkar Üzeyir Hacıbəyli bir çox mənbədə yazıldığı kimi, Ağcəcəbədidə deyil, Şuşada bəy ailəsində doğulub.

Vasif Quliyev mövzu barədə ətraflı olaraq modern.az saytına danışıb.

“Üzeyir Hacıbəyli Şuşada dünyaya gəlib. Sadəcə olaraq Üzeyir bəyin sənədlərdə doğulma yeri Ağcəbədi göstərilib. Bunun bəzi səbəbləri var. Belə ki, ilk SSRİ Konstitutsiyası 1936-cı ildə qəbul edilib. Konstitusiya qəbul edildikdən sonra Ali Sovetə seçkilər keçirildi və Üzeyir bəyi Naxçıvan vilayətinə deputat seçmək istədilər. Üzeyir bəy SSRİ vətəndaşı olduğu üçün onun sənədləri Moskvaya göndərildi. Ermənilər də həmişə azərbaycanlıların düşməni olublar, o cümlədən Üzeyir bəyin də. Ona görə də Moskvada olan vəzifəli, xüsusilə də Ali Sovetdə işləyən ermənilər Üzeyir bəyi “vurmaq” istəyirdilər. Üzeyir bəyin Moskvaya gedən sənədlərini ermənilər Ali Sovetin sədri Mixail Kalininin yanına aparırlar. Ermənilər Üzeyir bəyin deputat olmasına əngəl olmaq üçün Stalinə onun bəy olduğunu bildirirlər. Qeyd ediblər ki, bizim ölkə “fəhlə-kəndli” hökümətidir, lakin Üzeyir Hacıbəyov bəydir və onun deputat olması imkansızdır. Mixail Kalininin bütün bunları SSRİ rəhbəri Stalinə bildirir. Stalin isə deyir ki, “nə edirsiz edin, Üzeyir Hacıbəyov deputat seçilməlidir””.

Vasif Quliyevin sözlərinə görə, Stalinin bu tapşırığından sonra ermənilər naəlac qalıb geri çəkilirlər:

“Stalinin əmrindən sonra Azərbaycanın o vaxtkı rəhbəri Mircəfər Bağırov yazıçı Mirzə İbrahimovu (o vaxtki maarif və mədəniyyət naziri), Qubad Qasımovu (Üzeyir bəyin bacanağı) və Üzeyir bəyin köməkçisi Ramazan Xəlilovu yanına çağırır, vəziyyəti onlara izah edir. Çünki əmr Moskvadan gəlmişdi - Üzeyir bəy deputat seçilməli idi.
Şuşa qəzası böyük idi. Onlar fikirləşir ki, Üzeyir bəyi kəndli kimi tanıtmaq lazımdır. Şuşa qəzası da Lənbərandan başlayırdı və o vaxtlar ən geridə qalmış kənd kimi Ağcəbədi gedirdi. Ağcəbədidə o vaxtlar sadəcə 3-4 rəncbər ailəsi yaşayırdı. Üzeyir bəy üçün saxta sənəd düzəldirlər və sənədində bəstəkarın doğum yeri kimi Şuşa qəzasının Ağcəbədi kəndi qeyd olunur.

1937-ci ildə SSRİ Ali Sovetin deputat seçilən Üzeyir bəy ömrünün sonuna qədər (23 noyabr 1948-ci ildə vəfat edib-red.) Naxçıvan vilayətinin deputatı kimi çalışır. Deputat seçiləndən sonra Üzeyir bəy cəmi 11 il yaşaya bildi. Bundan əlavə, qeyd edim ki, bəstəkarın sənədində 1885-ci ildən 1937-ci ilə kimi doğum yeri Şuşa yazılıb, 11 il sadəcə Ağcəbədi yazılıb. Həmçinin onu da əlavə edim ki, Üzeyir bəy evin ortancıl uşağı olub. Necə olur ki, ondan əvvəl və sonra doğulan uşaqların doğum yerində Şuşa, yalnız Üzeyir bəydə Ağcəbədi yazılıb?!”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar