Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Elmira Süleymanova Dilqəm və Şahbazdan danışmaq istəmədi: “O qədər müsahibə vermişəm ki...”

Tarix: 13-09-2019 22:16     Baxış: 3276 A- / A+
Elmira Süleymanova Dilqəm və Şahbazdan danışmaq istəmədi: “O qədər müsahibə vermişəm ki...”

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 5 ildir ki, erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində görülən tədbirlərdən danışmaqdan imtina edib.

Manevr.az-ın məlumatına görə Elmira Süleymanova cebhe.info əməkdaşının bununla bağlı sualına cavabında deyib ki, məsələ barədə kifayət qədər müsahibə verib:
Elmira Süleymanova Dilqəm və Şahbazdan danışmaq istəmədi: “O qədər müsahibə vermişəm ki...”

“O qədər bu məsələ haqda müsahibə vermişəm ki… Mən hər zaman o barədə müsahibə verirəm. Öz yazdıqlarınıza baxın… Ona görə də icazənizlə…”

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz məhkəmə qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar