Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kürdüstan hökumətinin nümayəndəsi: "Biz 40 milyonuq və bizim dövlətimiz olmalıdır"

Tarix: 12-09-2019 19:21     Baxış: 3156 A- / A+
Kürdüstan hökumətinin nümayəndəsi: "Biz 40 milyonuq və bizim dövlətimiz olmalıdır"
İraq Kürdüstanı, Türkiyə də daxil olmaqla, bütün tərəfdaşları ilə bərabərhüquqlu əlaqələr qurmağa çalışır.

Manevr.az xəbər verir ki, bunu virtualaz.org-a açıqlamasında Kürdüstan Regional Hökumətinin Polşadakı nümayəndəsi Ziyad Rauf deyib.

Üstəlik, onun fikrincə, kürdlərin Yaxın Şərqdəki rolu bu gün əvvəlkindən daha əhəmiyyətlidir: "İraq Kürdüstanı hazırda Yaxın Şərqdə əhəmiyyətli oyunçudur, həmçinin energetika sektorunda".

Türkiyənin Suriyanın Kürdüstan bölgəsindəki əməliyyatlarına toxunan Rauf qeyd edib ki, Türkiyə terrorçularla mübarizə aparırsa, İraq Kürdüstanı bu cür əməliyyatları yalnız dəstəkləyir, təkcə ondan ehtiyat edir ki, bu, kürd xalqına qarşı çevrilməsin.

"Xalqımız bir çox sınaqlardan keçib, əsrlər boyu müstəqilliyi üçün səy göstərib. 40 milyon kürd var və belə bir xalqın öz dövlətçiliyinə sahib olmaması ədalətsizlikdir. Biz müstəqilliyimiz uğrunda mübarizəni davam etdirəcəyik və əminəm ki, dünyanın siyasi xəritəsində müstəqil Kürdüstan görünəcək", - deyə Kürd hökumətinin nümayəndəsi iddia edib.

Ziyad Rauf Kürdüstan Regional Hökumətinin, ABŞ və Rusiya da daxil olmaqla, Yaxın Şərq əməliyyat səhnəsinin bir çox oyunçuları ilə təmasda olmasını bu istiqamətdə vacib addım kimi qiymətləndirir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar