Sizin Reklam Burada
Xəbər lenti
20-08-2026
19-08-2026
BÜTÜN XƏBƏRLƏR

8 milyonluq tenderi qazanan şirkətin rəhbəri görün kim çıxdı…

Tarix: 11-09-2019 19:50     Baxış: 4259 A- / A+
8 milyonluq tenderi qazanan şirkətin rəhbəri görün kim çıxdı…

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi narkoz, narkotik və psixotrop dərman preparatlarının alınmasına dair müqavilə imzalayıb.
Ümumi məbləği 7 milyon 970,6 min manat (4 milyon 688 min ABŞ dolları) olan bu dərmanların tədarükü "Azərtibbtəchizat" MMC tərəfindən həyata keçiriləcək.


Manevr.az xəbər verir ki, yenisabah.az sözügedən MMC ilə bağlı araşdırma aparıb. Məlum olub ki, “Azərtibbtəchizat” MMC 2006-cı il fevralın 8-də dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Cəfər Cabbarlı 34-dür. “Azərtibbtəchizat”ın qanuni təmsilçisi isə Rzabəyov İbrahim İdris oğludur.

İbrahim Rzabəyovun atasının adı və soyadı uzun müddət müxtəlif vəzifələrdə işləmiş, prezident təqaüdçüsü İdris Rzabəyovun adı və soyadı ilə üst-üstə düşür.

MSK-nın seçicilər siyahısında İdris Rzabəyovun qeydiyyatda olduğu ünvanda İbrahim Rzabəyovun adına da rast gəlinir. Bu, İbrahim Rzabəyovun məhz keçmiş məmur İdris Rzabəyovun oğlu olduğuna dair gümanları artırır. Həmçinin, keçmiş məmurun oğlunun Tibbi Universitetinin məzunu olması, tibb sahəsində fəaliyyəti də bu ehtimalı qətiləşdirir.

Məlumat üçün deyək ki, İdris Rzabəyov 2002-2011-ci illərdə yeni yaranan Yanacaq-Energetika Nazirliyində (Energetika Nazirliyi) Aparat rəhbəri vəzifəsinin icraçısı, Yanacaq-Energetika Əməliyyatları Baş İdarəsinin rəisi, daha sonra nazirliyin neft və qaz şöbəsinin müdiri vəzifələrində işləyib.

Yaşına görə dövlət qulluğuna xitam verilməsinə baxmayaraq, indiyədək Energetika Nazirliyində ictimai əsaslarla baş məsləhətçi-ekspert kimi fəaliyyət göstərir.

Onu da xatırladaq ki, İbrahim Rzabəyov tanınmış teleaparıcı Kamilə Babayevanın həyat yoldaşıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar