Xəbər lenti
AZTV-də ilk – Təəccüblə qarşılandı

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) tarixində ilk dəfə olaraq qurumun sədri efirə çıxaraq aparıcılıq edib.
Manevr.az xəbər verir ki, sentiyabrın 4-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla qurumun sədri təyin edilən Rövşən Məmmədov aparıcılıq missiyasını davam etdirərək bu gün axşam 20 00-da AzTV-də “Həftə” analitik proqramını təqdim edib.
Qeyd edək ki, 1956-cı ildən – yarandığı gündən indiyə qədər Azərbaycan Televiziyasına bir sıra şəxslər sədrlik edib, amma onlardan heç biri eyni zamanda aparıcılıq etməyib.
Xatırladaq ki, bu il yanvarın 15-də AzTV sədri Arif Alışanov vəzifəsindən azad olunub, sədr səlahiyyətlərinin icrasını həmin gündən son təyinata qədər Rövşən Məmmədov həyata keçiridi. R.Məmmədov əvvəllər AzTV-nin İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyasının direktoru, “Günün nəbzi” verilişinin və “Həftə” analitik proqramının aparıcısı olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

Media
Ədəbiyyat
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Oktyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























