Xəbər lenti
“Onlar Eldar Mahmudovun agentləri olub” - Ağabəy Əsgərov

“Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində həbs olunanlar “reket jurnalist” yox, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bandasının üzvlərdir”.
Manevr.az saytı AzVision.az-a istinadən xəbər verir ki, bu fikirləri “Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov deyib.
A.Əsgərov vurğulayıb ki, hazırda Azərbaycan Nəşriyyatında “reket jurnalist” yoxdur: “Mətbuat Şurasının siyahısında olan “rekert jurnalist”lərin hər birini mən oradan çıxarmışam. DTX-nın əməliyyatları nəticəsində həbs olunanları “reket jurnalist” adlandırmaq olmaz. “Reket jurnalist” onlar hesab olunur ki, adları Mətbuat Şurasının “qara siyahısı”nda olsun. Həbs olunanlar keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bandasının üzvlərdir. Onlar faktiki olaraq Eldar Mahmudovun agentləri olub.
Nəşriyyatın baş direktoru qeyd edib ki, DTX-nın əməliyyatları nəticəsində həbs olunan “reket jurnalist”lərin əməllərindən xəbərsiz olub: “Mənim haradan xəbərim olacaqdı? Bu hüquq-mühafizə orqanlarının işidir”.
A.Əsgərov bildirib ki, Mətbuat Şurasının “qara siyahı”sına düşəcək “reket jurnalist”ləri dərhal nəşriyyatdan uzaqlaşdıracaq.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar