Xəbər lenti
"Azərbaycan mətbuatı Aslan İsmayılovun ümidinə qalsaydı, nələr baş verərdi!"
"Deməli Aslan İsmayılov adında intellekti “0”-dan aşağı, iddiası isə bütün göstəricilərin ən üst cizgisində dayanan biri var. Bu canlı subyektın peşəsi hüquqşünas olsa da, hüququn “H”-sından xəbəri yoxdur, ya da “hhhh” edib hüquqi məntiqsizliyin burnundan düşüb."
Manevr.az bildirir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, politoloq Elçin Mirzəbəyli özünün "Facebook" səhifəsində yazıb.
Onun fikrincə, indi bu, ya zəlzələdən, ya da vəlvələdən şəxsiyyət vəsiqəsi daşıyan sosial-ictimai varlıq bir tərəfdən media eksperti, jurnalist hüquqlarının müdafiəçisi kimi çıxış edir, digər tərəfdən dövlətin kütləvi informasiya vasitələri və onların təmsilçiləri ilə bağlı həyata keçirdiyi bütün sosial layihələri şübhə altına alır, onlara özünə xas hikkə ilə şər atmaqdan belə çəkinmir:
"İndi təsəvvür edin, Azərbaycan mətbuatı Aslan İsmayılovun ümidinə qalsaydı, nələr baş verərdi...".
Politoloq xatırladıb ki, bir zamanlar Aslan İsmayılovun “Baku Printing Press” mətbəəsində çap edilən qəzetlərin baş redaktorları bu adamın mətbuata necə münasibət bəslədiyini yaxşı bilirlər:
"Vaxtilə Aslanın mətbəəsində çap olunan qəzetlərin cüzi borcu olanda belə “dahi hüquq müdafiəçisi” onları “məhkəmələrdə süründürməklə” hədələyirdi. Belə mətbu orqanlarından biri də “Neytral” qəzeti idi və bu qəzet yayımını həm də Aslan İsmayılovun hədələri ucbatından dayandırmaq məcburiyyətində qaldı...".
O, qeyd edib ki, indi qəpiyindən keçməyən, borca görə 5 gün səbr etməyən bu adam siyasi və ideoloji baxışlarından asılı olmayaraq bütün mətbu orqanlarına, jurnalistlərin sosial problemlərinin həllinə heç bir qarşılıq güdmədən dəstək verən Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin üzərinə kölgə salmağa çalışır, KİV nümayəndələrini “satılmaqda” ittiham edir... Sual olunur, kimə satılıblar? Azərbaycan dövlətinə?".
BAXCP-nin sədr müavini sonda kobud ifadə işlədəcəyini deyib:
"Hər halda dövlətə “satılmaq” jurnalistləri yazılarına görə məhkəməyə verib təzminat almaq, həbs etdirmək istəyən, mətbu orqanını 1 aylıq borca görə məhkəmə ilə hədələyən və borcun ödənilməsi üçün bir neçə gün gözləmək istəməyən Aslan İsmayılova satılmaqdan daha şərəflidir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Media
Yazarlar
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar