Xəbər lenti
Nurlan Vaqifoğlu: "Bu dünya yıxılar Tanrıya qədər..."

...Sənin elədiyin o yaxşılıqlar
Burda Tanrıdırsa, orda dost olar..
Manevr.az Nurlan Vaqifoğlunun şeirlərini təqdim edir:
***
Gör necə öldü bu adam
günahı başdan yuxarı.
...Hər kəsdə ocaq qaladı
yağan yağışdan yuxarı.
...Dişləri örtdü dilini,
göylərdən tökdü külünü.
Tikdirdi son mənzilini
boydan, qarışdan yuxarı.
...verib ələ yaxa, bilmir-
Çəkilib çarmıxa, bilmir!
Gör necə də çıxa bilmir
durduğu yaşdan yuxarı.
***
Bu dünya yıxılar Tanrıya qədər
Bilinməz kiminlə harda dost olar.
Var olana var olunca var desən ,
İnan ki büsbütün var da dost olar.
Quşlar qanad saxlar suların kor gözündə
Zamanın etirafı qocaların izində.
Mələklər yurd salar elə özündə
Bu yerə o göyə yurda dost olar.
İşıq olmayan yer zülmət doğular
Zülmətdən yaranar bütün işıqlar.
Sənin elədiyin o yaxşılıqlar
Burda Tanrıdırsa orda dost olar.
Həyata hər sirli mənalar verən
Fikirdən sürətli nə var görəsən?
Beləcə hər şeyi düzgün görəsən,
Tanrı da dost olar, yar da dost olar.
Nurlan Vaqifoğlu
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar