Xəbər lenti
Gənc yazarlar: "AYB-də hüquqlarımıza qarşı etiraz var"
AYB-nin XIII qurultayında namizədliyini verəcəyini açıqlayan gənc yazarlar Tural Turan, Emil Rasimoğlu və Fuad Cəfərlinin bu addımı günlərdir ki, ölkə mətbuatında gündəmdən düşmək bilmir. Bu günlərdə Tural Turan AYB-nin orqanlarında çap olunmasına qadağa qoyulması ilə bağlı çıxış etdi.
Manevr.az xəbər verir ki, turkustan.info məsələ ilə bağlı yazarlardan Fuad Cəfərli və Emil Rasimoğlu ilə əlaqə saxlayıb fikirlərini öyrənməyə çalışıb.
Prezident təqaüdçüsü Fuad Cəfərli əvvəl AYB-nin tabeçiliyində olan mətbu orqanlarda öz nəşrindən söz açıb, sonra məlum məsələlərə toxundu:
“Öncə deyim ki, mən onsuz da orada elə jurnal var ki, beş ildən bir dərc olunuram. Hətta elə jurnallar var ki, çap olunmamışam, heç cəhd də göstərməmişəm. Düşünürəm ki, həmin jurnalların baş redaktorları, redaktorları var və onlar bunda maraqlı olmalıdır, nəinki, mən. Sanksiyaya gəldikdə isə o planlaşdırıla bilər amma indi yox, müəyyən bir məqamda icra olunar. Mənim üçün bir nömrəli sanksiya namizədliyimin təsdiqi zamanı yaradıla biləcək maneədir. AYB-nin mətbuat sanksiyaları məni maraqlandırmır.”
AYB Gənclər Şurasının üzvü namizədliyinin qeydə alınmasında AYB tərəfindən ona qarşı atılacaq hər hansı bir neqativ addıma da öz münasibətinin necə olacağını bildirib:
“Onu da deyim ki, namizədliyimə qadağa qoyulacağı halda sivil yolla etirazımı bildirəcəyəm. Bu ölkənin qanunları, vətəndaşları, vətəndaşların səsləri və həmin səslərin sahibi var.”
AYB üzvü Emil Rasimoğlu bu kimi nüansları sözügedən qurumdan gözlədiyini dedi:
“Bizim hər birimizə, ədəbiyyat və ictimaiyyət nümayəndələrinə bəllidir ki, namizədlik məsələlərinə görə AYB-dən təhdidlər almışıq. Bu təhdidlərdən sonra hər hansı bir sanksiyanın planlaşdırılması mənə görə çox təbii məsələdir. Hələ onun icrasını demirəm. Əgər təhdidlər olunubsa demək, Yazıçılar Birliyində bizim hüquqlarımıza qarşı etiraz var. Bu etirazdan sonra istənilən qeyri-qanuni addım nə qədər xoşagəlməz olsa da normaldır. Çünki mövcud məsələdə AYB-nin ən böyük neqativ halı etdiyi təhdidlər oldu.
Sanksiyalar olacağı halda AYB birmənalı şəkildə özünün demokratiya qarşısında məğlubiyyətini və atdığı qanunsuz addımını de-fakto təsdiqləyəcək.”
Prezident təqaüdçüsü mətbu orqanlarda qadağalar olacağı təqdirdə ona reaksiyasından da danışıb:
“Bu zaman mənim münasibətim ancaq rəsmi müraciətlərdən ibarət ola bilər və ya olacaq.”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar