Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Tarixdə ilk məhkəmə: qullarla sevişib ərini öldürtdürən qadın və edam hökmü

Tarix: 27-08-2019 18:25     Baxış: 4238 A- / A+
Tarixdə ilk məhkəmə: qullarla sevişib ərini öldürtdürən qadın və edam hökmü

Dünya tarixində ilk dövlət formalarının ortaya çıxması cəmiyyətdə hakimiyyətin bölünməsi, məhkəmə sisteminin yaranması ilə nəticələnib. Tarixçilərin fikrincə, bu proses eramızdan min il əvvəl Qədim Yunanıstanda meydana çıxıb. Amma ilk məhkəmə sisteminin Şumerdə yarandığı fikrini müdafiə edən bir çox tarixçi var.

Tarixdə ilk cinayət məhkəməsi nə vaxt olub? Müttəhim kim olub və hansı cəzaya məhkum edilib?

Tarixçi-alim Əkbər Nəcəf oxu.az-ın bu barədə sualını cavablandırıb.

Onun sözlərinə görə, Mesopotamiyada 4500 il əvvələ aid tapılan kitabələr arasında tarixin ilk cinayət məhkəməsi mətnləri oxunub. Məhkəmə ərini öldürmüş bir qadının cinayət işi haqqındadır. Nippur kitabələri arasından çıxan sənədlər cinayətin qurbanının Enlil məbədinin baş rahibi olan Lu-İnanna olduğunu göstərir.

Cinayətin qısqanclıq motivli olduğu ortaya çıxır. İttihamçılar arasında iki azad qul, bir qul və bir də Lu-İnannanın dul arvadı Nin-Dada yer alıblar. Öldürülən din adamı olduğu üçün məsələyə əvvəlcə kral baxıb, daha sonra işi doqquz nəfərlik Nippur məhkəməsinə göndərib.

Mətndən anlaşılır ki, rahibin arvadı ilə bu qullar arasında intim münasibət olub və qadın həmin qullara keçmiş ərini öldürtdürüb. Ancaq belə məlum olur ki, qadının vəkilləri yaxşı müdafiə hazırlasaydılar, qadın cəza almaya bilərdi. Çünki məhkəmə qərarını ehtimallar əsasında verib.

Məhkəmənin hökmü

"Ərinə qiymət verməyən bir qadın ərinin düşməni ilə tanış ola bilər. O düşmən də qadının ərini öldürə bilər. Daha sonra bunu qadına deyə bilər. Belə olan halda ərini öldürən qadın deyilmidir? Hətta qadının günahı əri öldürənlərin günahından daha ağırdır".

Nəticə: edam...


Manev.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar