Xəbər lenti
"Baş həkimin müavini Mətanət Hüseynzadə məni aldadaraq 3600 manat pulumu alıb" - Qarabağ müharibəsi veteranı şikayət edir
Manevr.az Qarabağ müharibəsi veteranı Qaraoğlan Kərimovun şikayət məktubunu təqdim edir:
"Bildirirəm ki, Tərtər rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Mətanət Hüseynzadə məni aldadıb 3600 manat pulumu alaraq dələduzluq edib. Belə ki, mən Qarabağın azadlığı uğrunda gedən müharibədə iştirak edib döyüşlər zamanı yaralanmışam. Buna görə Qarabağ müharibəsi veteranı adı alsam da, indiyə qədər Qarabağ müharibəsi əlili adını rəsmi ala bilməmişəm. Səbəbi isə savadsızlığım və imkansızlığım olub. Mən buna görə Ucar rayon Hərbi Komissarlığına müraciət etdikdə komisar Rafiq Qədirov mənə bildirildi ki, sən Tərtər istiqamətində gedən döyüşlərdə yaralandığın üçün oranın xəstəxanasında müalicə olunmusan deyə həmin yerə müraciət etməlisən.Yaxın bir tanışımla Tərtər rayon Mərkəzi Xəstəxanasına gəldikdə dedilər ki, əlilik işinə baş həkimin müavini Mətanət Hüseynzadə baxır. Onunla görüşdük, bizə bildirdi ki, ilk olaraq xəstəlik epikrez sənədi üçün 500 manat verməlisən, əlilik sənədinə görə isə 3100 manat verməlisən. Mən həmin pulu baş idarəyə verəcəm ki, sənə əlillik dərəcəsi təyin etsinlər. Mən 500 manatı həmin günü həkimə verdim, o mənə xəstəlik sənədi verdi. 3100 manat pulu isə 03 aprel 2019-cu il tarixdə Tərtər rayon mərkəzi xəstəxansının baş həkiminin müavini Mətanət Hüseynzadəyə verdim. Bundan sonar o mənə gələn həftəyə əlilik sənədin düzələcək deyə-deyə məni bu günədək get-gələ saldı. İndi mənə tam məlum oldu ki, Tərtər rayon mərkəzi xəstəxansının baş həkiminin müavini Mətanət Hüseynzadə məni aldadıb 3600 manat pulumu alıb dələduzluq edib.
Mən həmin pulu həkim Mətanət Hüseynzadəyə iki nəfər şahidin yanında vermişəm, həmçinin həkim mənim votsapıma çoxlu mesajlar yazıb, telefon danışıqları var ki, bunlar mötəbər subutlardı. Onuda qeyd edim ki, həkimin 500 manat alıb mənə verdiyi xəstəlik epikrez sənədi saxtadır.
Mən kasıb adamam, heç bir yerdə işləmirəm, himayəmdə 4 azyaşlı uşağım var. Həmin pulu qardaşımdan və qohumumdan borc alıb Mətanət həkimə vermişəm. Yeganə gəlirim ancaq Qarabağ müharibəsi veteranlığına görə aldığım 80 manat təqaüddür. İmkansızlıqdan uşaqlarım bu il məktəbə gedə bilməyəcək. Onlara məktəbli forması, məktəb ləvazimatı ala bilməmişəm.
Mətanət Hüseynzadə məni aldadıb 3600 manat pulumu almaqla bizim ailəni quru çörəyə möhtac qoyb. Elə hər dəfə mənə deyir ki, pulu aparıb baş idarəyə vermişəm, sənədlər tezliklə hazır olacaq. Hətta mesajlarında da bunu açıqca yazır və səslə deyir. Ucar rayon hərbi komissarlğından 3 dəfə Mətanət Hüseynzadəyə teleqram vurulub ki, sənədləri təqdim etsin.
Sonradan mənə bildirdilər ki, Mətanət Hüseynzadə belə dələduzluq yolu ilə çoxlu sayda insanları aldadıb pullarını alıb.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevdən və Səhiyyə Naziri cənab Oktay Şirəliyevdən xahiş edirəm vəzifə səlahiyyətlərindən sui-istifadə edib 3600 manat pulumu alıb dələduzluq etmiş Tərtər rayon mərkəzi xəstəxansının baş həkiminin müavini Mətanət Hüseynzadənin barəsində qanunu tədbirlər görəsiniz. Bu həkimin əməli dələduzluq cinayətidir."
Qaraoğlan Mirzəhüseyn oğlu Kərimov,
Ucar rayonu Alpout kənd sakini,
Qarabağ müharibəsi veteranı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar