Xəbər lenti
"Üzləşdiyim qanunszuluğa görə özümü öldürmək həddindəyəm" - VƏTƏNDAŞ HARAYI
Manevr.az Göyçay şəhər sakini Nicat Ehtibar oğlu Həmidovun şikayət ərizəsini təqdim edir:
"Mən üzləşdiyim qanunszuluğa görə özümü öldürmək həddindəyəm. Bir qrup vəzifəli şəx öz maddi maraqlarına görə məni uşağımın üzünə həsrət qoyublar. Buna görə mən özümü öldürmə həddindəyəm. Bunun isə məsuliyyəti vəzifəli şəxslərin üzərinə düşəcək. Mən mərkəzi orqanlara dəfələrlə şikayət ərizələri ilə müraciət etmişəm. Ancaq çox təəsüf olsun ki, şikayət ərizələrim icra olunması üçün mənə problem yaratmış korrupsiyaya qurşanmış vəzifəlli şəxslərə göndərilsə də onlar qəsdən heç bir tədbir görmürlər. Nəticədə də mənim azyaşlı uşağımla görüşməyimə maneə yaradılıb ki, bu artıq vandallıqdır, vəhşilikdir. Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abdurraxmanovun və onun müavini Hikmət Quliyevin qanunsuz hərəkətləri barədə şikayət etdiyim üçün onlar məndən qisas alırlar.
Belə ki, Göyçay rayon məhkəməsinin 03.04.2017-ci il tarixli qətnaməsinin qəsdən qərəzli olaraq icra edilmədiyi üçün mən mərkəzi orqamlara şikayət ərizələri ilə müraciət etdim. Bundan sonra Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abdurraxmanov və müavini Hikmət Quliyev gözdən pərdə asmaq üçün qarşı tərəfə, Həmidova Gülnar Vidadi qızına bildiriş göndərib məhkəmə qətnaməsinin məcburi icrası ilə əlaqədar olaraq görüş vaxtının 20 iyul 2019-cu il tarixə saat 10-00 təyin edilməsini qeyd etmişdir.
Mən 20 iyul 2019-cu il tarixdə saat 10-00 da Göyçay rayon İcra və Probasiya şöbəsində olsam da, qarşı tərəf Gülnar Həmidova qərəzli olaraq ora gəlmədi, Göyçay rayon məhkəməsinin 03.04.2017-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməsindən təkrar olaraq boyun qaçırdı. Gülnar Həmidova uzun müdətdir ki, qərəzli olaraq Göyçay rayon məhkəməsinin 03.04.2017-ci il tarixli qətnaməsini icra etmək istəmir.
Buna baxmayaraq, Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abduraxmanov və onun müavini Hikmət Quliyev onun barəsində heç bir qanunu tədbir görmək istəmirlər. Hər dəfə ona bildiriş məktubu göndərib barəsində qanunu tədbir görüləcəyi barədə xəbərdarlıq etməklə işlərini bitmiş hesab edirlər. Çünki bu iki yaramaz icra məmuru öz maraqlarını güdürlər, onları dövlət adından çıxarılmış məhkəmə qətnaməsi maraqlandırmır.
Qeyd edim ki, borclu Gülnar Həmidovaya göndərilmiş bildirişdə qeyd edilib ki, “Siz “İcra Haqqında” Azərbayan Respublikası Qanununun 8-ci maddəsinə məhəl qoymamaqla 10 (on) gün könüllü müddət ərzində Həmidli Yağmur Nicat qızını tələbkar olan Həmidov Nicat Etibar oğlu ilə görüşdürməməklə, icra işini könüllü şəkildə icra etməmişsiniz.
Bundan sonra məhkəmə qətnaməsinin məcburi icrası ilə əlaqədar olaraq Gülnar Həmidovanı 20 iyul 2019-cu il tarixdə saat 10-00 da məhkəmə binasına çağırsalar da o yenə də təkrar qərəzli olaraq məhkəmə qətnaməsinin icrasından boyun qaçırmışdı.
Belə olan halda Göyçay rayon məhkəməsinin 03.04.2017-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməyən Gülnar Həmidovanın barəsində qanunu tədbir görülməlidir. Ancaq heç bir tədbir görülmür ki, bunun məsuliyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edən Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abduraxmanovun və onun müavini Hikmət Quliyevin üzərinə düşür.
Gülnar Həmidovanın əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin tərkibini yaradır. Artıq o dəfələrlə məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq boyun qaçırıb, ona buna görə dəfələrlə xəbərdarlıq edilir, ancaq heç bir tədbir görülmür.
Bu da onu subut edir ki, Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abduraxmanov və onun müavini Hikmət Quliyev borclu Gülnar Həmidovanı açıq-aşkar müdafiə və himayə edirlər. Ona göndərilən bildirşlər isə kağız parçasından başqa bir şey deyil. Məhkəmə qətnaməsini qərəzli olaraq icra etməkdən boyun qaçıran Gülnar Həmidova isə cəzasızlıqdan daha da arxayınlaşmışdı. Mən dəfələrlə Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abduraxmanovun və onun müavini Hikmət Quliyevin barəsində şikayət etsəmdə onların barəsində heç bir tədbir görülmür onlarda borclu Gülnar Həmidovanın barəsində qanunu tədbir görmək istəmirlər. Bu isə bir başa korrupsiya cinayətidir.
Belə olan halda, Göyçay rayon məhkəməsinin 03.04.2017-ci il tarixli qətnaməsinin icrasının Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qanuna ziddir və mən buna etiraz edirəm. Həmçinin mənim yazdığım şikayət ərizələrim icra olunması üçün Göyçay Regional Ədliyyə İdarəsinə göndərilir. Onlar isə Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abduraxmanovun və onun müavini Hikmət Quliyevi açıq-aşkar müdafiə edirlər.
Adını belə qoyurlar ki, guya uşağım məndən imtina edir. Ancaq bu tam yalandır. Mənim azyaşlı uşağıma keçmiş həyat yoldaşım və onun atası qəsdən psixoloji təzyiq göstərib mənimlə görüşməsinə maneə yaradırlar. Bu isə qəddarlıqdır. Onları isə Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abduraxmanov və onun müavini Hikmət Quliyev öyrədir.
Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abduraxmanovun 50 yaşı var, o hələ ailə həyatı qurmayıb subaydır. Belə adam nə bilir övlad-ata məhəbbəti nədir. Bu adamın məhəbbəti ancaq puladır.
Azyaşlı uşağımı mənimlə görüşə gətirən zaman keçmiş qayınatam Vidadi Axmaqov azyaşlı uşağı mənə tərəf itələyib qışqırır ki, get, görüş bundan isə nəinki azyaşlı, həttda böyük insanda vahimələnər. Buna isə Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abduraxmanov və onun müavini Hikmət Quliyev qəsdən şərait yaradıb göz yumurlar.
Buna görədə mən artıq bu alçaqlıqlardan bezib özümü öldürmə həddinə çatmışam. Əgər mən intihar edərəmsə, bunun məsuliyyəti bir-başa Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abduraxmanovun və onun müavini Hikmət Quliyevin üzərinə düşəcək. Mən Göyçay rayon məhkəməsinin 03.04.2017-ci il tarixli qətnaməsinin icrasını başqa rayonun İcra və Probasiya şöbəsinə həvalə edilməsi üçün ərizə ilə müvafiq orqanlara müraciət etmişəm. Buna görədə tam əsas var ki, Göyçay rayon məhkəməsinin 03.04.2017-ci il tarixli qətnaməsinin icrası başqa rayonun İcra və Probasiya şöbəsinə həvalə edilsin.
Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, hörmətli Mehriban xanım Əliyevaya, Ədliyyə Naziri, cənab Fikrət Məmmədova, Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi, cənabNurəddin Mustafayevə, Ombudsman Elmira xanım Süleymanovaya müraciət edirəm.
Sizdən xahiş edirəm, Göyçay rayon məhkəməsinin 03.04.2017-ci il tarixli qətnaməsinin icrasını başqa rayonun İcra və Probasiya şöbəsinə həvalə edəsiniz və Göyçay rayon məhkəməsinin 03.04.2017-ci il tarixli qətnaməsini dəfələrlə qərəzli olaraq icra etməyən borclu Gülnar Həmidovanın və onu himayə edən Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi İlqar Abduraxamnovun və müavini Hikmət Quliyevin barəsində qanuna müvafiq tədbirlər görəsiniz. Uşağım məni çox istəyir, o uşağa psixoloji təzyiqi anası və babası göstərir ki, mənimlə görüşməsin. Onları isə başa salan icra məmurları İlqar Abdurraxmanov və Hikmət Quliyevdir."
Nicat Ehtibar oğlu Həmidov,
Göyçay şəhəri, Vaqif küçəsi, ev 11
Əlaqə telefonu; (050) 718-12-08
P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar