Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ürəyi yerində olmayan şair – Dekstrokardi nədir?

Tarix: 24-08-2019 10:16     Baxış: 4435 A- / A+
Ürəyi yerində olmayan şair – Dekstrokardi nədir?


İnsan bir az aktiv hərəkət edəndə və yaxud əlini sinəsinə qoyanda ürəyinin döyüntülərini eşidir. Dəqiq bilir ki, bədənin sol tərəfində, yuxarıda döyünən nəsə var. Amma elələri var ki, heç ömrünün sonuna qədər ürəyinin yerini bilməyə ehtiyac duymur.

Manevr.az medicina.az-a istinadən xəbər verir ki, Yer üzündə 130 min insandan birinin ürəyi sağdadır. Orqanların yerdəyişməsi hallarına tibdə "Situs inversus" deyilir.

Dünyada kifayət qədər məşhur şəxsiyyətlərin də ürəyi sağda olub. Bu sırada müğənnilər Barry Manilow, Gene Simmonsun adı çəkilir. Azərbaycanda da ürəyi sağda olan məşhurlar var.Məsələn, mərhum xalq şairi Bəxtiyar Vahabzadənin ürəyi sağda olub. Şair hələ sağlığında mətbuata verdiyi müsahibələrində heç vaxt ürəyindən şikayətlənmədiyini bildirib. O, 83 il ömür sürüb. Həkimlər belə insanların qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edirlər. Dünyanın bir neçə ölkəsində ürəyi sağda olanların dərnəyi yaradılıb.Məsələn, mərhum xalq şairi Bəxtiyar Vahabzadənin ürəyi sağda olub. Şair hələ sağlığında mətbuata verdiyi müsahibələrində heç vaxt ürəyindən şikayətlənmədiyini bildirib. O, 83 il ömür sürüb. Həkimlər belə insanların qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edirlər. Dünyanın bir neçə ölkəsində ürəyi sağda olanların dərnəyi yaradılıb.Ürəyin döş qəfəsində yerini dəyişməsi "Dekstrokardi" adlanır. Ürəyin sağda olması ilə bağlı ilk məlumat məşhur rəssam Leonardo da Vincinin adı ilə bağlıdır. Onun bu barədə bir rəsmi var. Uzun illər keçdikdən sonra bu barədə məlumatlara Marko Aurelio Severino adlı alimin qeydlərində də rast gəlinir. Bu qeydlərin üzərindən 1 əsr keçdikdən sonra orqanların yerdəyişməsi ilk dəfə alim Matthev Baillie tərəfindən rəsmən təsdiqlənib.Bunun irsi olması ilə bağlı təzadlı fikirlərə rast gəlmək mümkündür.

Ürəyi sağda olanlarda rast gəlinən ürək xəstəlikləri elə normal insanlardakı kimidir. Ümumiyyətlə, bu insanlar tibbi müayinədən keçməyənə kimi ürəklərinin sağda olduğunu bilmirlər. Yəni, xüsusi bir narahatlıq yaşamırlar. Ürəyin sağda olması xəstəlik hesab edilmir, bununla bağlı heç bir müalicə də tətbiq olunmur.

Bəs ürək niyə yerini dəyişir?

Bəzi alimlər hesab edirlər ki, bu, genlərin mutasiyaya uğraması ilə bağlıdır. Bir çoxu isə bunu təkzib edir. Yekun nəticə budur ki, ürək yerdəyişməsinin dəqiq səbəbi bəlli deyil. Bu insanların əsas problemləri orqan köçürülməsi zamanı yarana bilir. Belə ki, ürəyi, buna müvafiq olaraq da qaraciyəri sağda yerləşən şəxslərə normal donorlardan orqan köçürmək mümkün olmur. Ürəyi sağda olan insanların ciddi problemləri olmasa da, bundan xəbərdar olmaları vacib sayılır. Bu insanlar normal qaydada uzun ömür sürürlər, onlardan bəziləri 90-100 ilə kimi yaşayırlar.

Ürəyi yerində olmayan şair – Dekstrokardi nədir?
Ürəyi yerində olmayan şair – Dekstrokardi nədir?

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar