Xəbər lenti
ABŞ Ukraynaya hərbi yardım üçün 350 mln. dollar ayıracaq

ABŞ Konqresinin yuxarı palatası 618,7 mlrd. dollar təşkil edəcək müdafiə büdcəsini təsdiqləyib. “RİA Novosti”-nin verdiyi xəbərə görə, sənədə əsasən, birinci mərhələdə Kiyev Pentaqonun xətti ilə 175 mln. dollar həcmində yardım alacaq.
Senator Con Makkeyn tərəfindən irəli sürülən qanun layihəsi bir neçə gün əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası tərəsindən təsdiqlənib.
Qeyd edək ki, büdcə layihəsində “Rusiya təcavüzkarlığı” ilə mübarizəyə 4,3 mlrd. dollar həcmində vəsaitinin ayrılması nəzərdə tutulur. Vəsaitlərin “siyasi, iqtisadi və ictimai diplomatiya”ya, NATO üzrə müttəfiqlərə və Avropa, Avrasiya və Mərkəzi Asiyadakı tərəfdaş ölkələrə hərbi dəstəyin göstərilməsinə ayrılması nəzərdə tutulur.
Qanun layihəsi, Moskvanın bir sıra şərtləri icra edənədək, Rusiya ilə hərbi əməkdaşlığa vəsaitlərin ayrılmasını qadağa edir.
Qanun layihəsi qüvvəyə minməsi üçün prezident Baraka Obama tərəfindən imzalanmalıdır.apa
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar