Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
15-11-2025
BÜTÜN XƏBƏRLƏR

Qəzaya düşən pilotumuzun dəfni keçirilir? - Açıqlama

Tarix: 19-08-2019 17:50     Baxış: 4214 A- / A+
Qəzaya düşən pilotumuzun dəfni keçirilir? - Açıqlama

Baş vermiş hadisə və aparılan axtarışla bağlı yeganə yeni məlumat təyyarənin “qara qutusu”nun tapılmasıdır. Bu, təbii ki, təyyarə ətrafında gedən tədqiqatları asanlaşdıracaq.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli deyib.

Axtarışlarla bağlı danışan politoloq hələlik başqa heç bir yeniliyin olmadığını bildirib:

“Pilot Rəşad Atakişiyevin nəşinin tapılması və ailənin dəfnə hazırlaşması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Pilotun nəşi hələ tapılmayıb, necə dəfn mərasimi ola bilər? Axtarışlar yekunlaşandan və nəşi tapılandan sonra çox güman ki, dəfn mərasimi Müdafiə Nazirliyinin, Azərbaycan Hərbi Hava Qüvvələrinin xətti ilə təşkil olunacaq”.

Qeyd edək ki, təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib. MN aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentlərinin hissə-hissə sudan çıxarıldığını açıqlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar