Xəbər lenti
Günel Nazim: "Görsən əgər payız gəlib..."

Torpaq adam olacam, mən də bir torpaq adam.
Manevr.az Günel Nazimin şeirlərini təqdim edir:
***
Bir gün səhər yeli darayacaq saçımı,
Ağacdan daman şehlər düşəcəkdir gözümə...
Qarışacam torpağa, gözlərim torpaq qoxacaq,
Torpaq adam olacam, mən də bir torpaq adam.
***
Əsən külək dəysə sənin yanağına, toxunma,
Dodağım bil yanağına toxunanı.
Torpaq qoxsa el-aləm, içinə çək,
ətirimdir ətrafına yayılan...
Ağac sarı, bulud qara...
Görsən əgər payız gəlib,
sevgimizi, alqışımı xatırla.
Yağış yağsa, üst-başını islatsa
Səndən yana göz yaşımı xatırla...
İldırımlar çaxsa göydə şaqhaşaq,
Sındırdığın eşqimizdir, sal yada...
Otur ağla payız gəldi mən yoxam,
Külək əsdi,
yağıs yağdı,
yarpaq düşdü
Daha yoxam... sənin üçün
bu dünyada mən yoxam.
***
Aç, aç bütün bağlı qapıları
Qaranlıq bir küncə sığınmışam.
Keçirt barmaqlarını saçlarımın içindən,
Sevinclə bir damcı ovundur məni...
Qoyma səndən yana sına ürəyim
Qoyma ayrılığına alışıb yanam...
Xeyanət adlı həqiqətinə, yalan de,
Gözləri qapıda qalan insanam.
Günel Nazim
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar