Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Putini 11 min polis qoruyacaq

Tarix: 08-12-2016 09:36     Baxış: 4375 A- / A+
Putini 11 min polis qoruyacaq


Rusiya prezidenti Vladimir Putinin dekabrın 15-16-da Yaponiyaya planlaşdırılan səfəri zamanı təhlükəsizliyin təmin olunmasına 11 mindən çox polis əməkdaşı cəlb ediləcək.

Manevr.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Baş Polis İdarəsi məlumat yayıb. Səfər zamanı polislərin hərəkətini əlaqələndirmək üçün idarə yanında xüsusi qərargah yaradılıb.

Səfərin ilk gününün Yaponiyanın baş naziri Şinzo Abenin kiçik vətəni Yamaquçi prefekturasının Naqato şəhərində keçəcəyi bildirilir. Həmin şəhərə qonşu rayonların əməkdaşları da daxil olmaqla, 4100 polis əməkdaşı göndəriləcək.

Səfərin Tokioda keçiriləcək ikinci günündə isə təhlükəsizliyin təmin olunmasına paytaxt polisinin 7 mindən çox əməkdaşı cəlb ediləcək. Həmin günlərdə Rusiya səfirliyinin, ticarət nümayəndəliyinin, TASS-ın Yaponiya bürosunun və digər nümayəndəliklərin yerləşdiyi binalar xüsusi mühafizə olunacaq.

Rusiyanın yüksək vəzifəli rəsmilərinin Yaponiyaya səfərləri adətən ultrasağ millətçi qüvvələrin fəallaşması ilə müşayiət olunur. Onlar səsgücləndiricilərin quraşdırıldığı təbliğat avtobuslarında hərəkət edərək, gurultulu mitinqlər təşkil edirlər. Bu isə küçələrin bağlanmasına və nəqliyyatın hərəkətinə maneələrin yaranmasına səbəb olur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar