Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

AYB Mingəçevir bölməsində üç nakam şairimiz - Əli Kərim, Sərdar Əsəd və Vaqif İbrahim xatirlanıb -ŞƏKİL

Tarix: 09-08-2019 13:12     Baxış: 3438 A- / A+
AYB Mingəçevir bölməsində üç nakam şairimiz - Əli Kərim, Sərdar Əsəd və Vaqif İbrahim xatirlanıb



Son səkkiz ay ərzində Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən “Palitra” Ədəbi Klubu ilk addımlarını atdığı vaxtdan indiyə kimi yerli yazarların, sözə-sənətə dəyər verən şəhər ziyalılarının iştirakı ilə bir sıra uğurlu layihələri həyata keçirmişdir. Adətən hər ayın 28-də saat 15-00-da yaradıcılıq günü düzənlənən klubda indiyə qədər Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə, İmadəddin Nəsimi ilə yanaşı, Azərbaycan Demokratik Cümhuriyyəti qurucularına da həsr olunan tədbirlər Mingəçevirdə və onun hüdudlarından uzaqlarda böyük maraq dairəsindədir.

Klubun “Dəyirmi masa” şəklində keçirilən növbəti yaradıcılıq günü bu dəfə yaşadıqları illərdə Azərbaycan ədəbiyyatına misilsiz əsərlər bəxş edən, lakin bununla bərabər nakam ömür sahibləri hesab olunan Əli Kərim, Sərdar Əsəd və Vaqif İbrahimə həsr olunmuş, hər üç sənətkarın xatirəsi ehtiram hissiylə yad edilmişdir.
Yerli yazarların, ziyalı və ədəbiyyatsevərlərin qatıldığı tədbiri AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə giriş sözüylə açaraq, ötən yüzilliyin 60-70-ci illərində çoxsaylı oxucuların böyük sevgisini qazanan Əli Kərim, Sərdar Əsəd və Vaqif İbrahimi görkəmli söz ustaları kimi dəyərləndirmiş, indiki günlərimizdə də hər üç şairin qələmə aldıqları əsərlərin insanlara nəcib hisslər aşılamaq gücündə olduğunu vurğulamışdır.
Azərbaycan Yazıçılar Birliyi Ağdaş filialının sədri Fəxrəddin Əsəd “Əli Kərimin həyatı və yaradıcılıq yolları”, İsmayıl İmanzadə “Sərdar Əsəd haqsızlığın qurbanı idi” və Mingəçevir Dövlət Universitetinin müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nəsimişünas şair-publisist Əbülfət Həsənoğlu “Vaqif İbrahim xeyirxahlıq simvoludur” adlı məruzələri ilə nakam ömür yaşasalar da, insanların yaddaşında əbədi olaraq iz salan sənətkarların ədəbi talelərindən, yaradıcılıq yollarından, sağlıqlarında bədxahları tərəfindən yaradılan maniyələrlə üzləşsələr də sonda əbədi olaraq xatırlanmaq haqqına sahib olduqlarından söz açmışlar.
Yerli yazarlardan Məmməd Mərzili, Rəfael Dəmiroğlu, Səxavət Kəlbəcərli, söz xiridarlarından görkəmli cərrah-həkim Qiyas Mehdiyev, tanınmış həkim Zahid Məmmədov, ədəbiyyat sevərlərdən Rəşid Rəsulov, Adil İsmayılov, Mahir Musa, Məhəmməd Fərzəliyev, Ağabala Salahlı və digər toplantı iştirakçıları öümlərindən sonra da zamanın fövqündə dayanmağa layiq olan hər üç şairin milli ədəbiyyatımızın söz xəzinəsini zənginləşdirmək baxımından dəyərli əsərlər müəllifləri olduqlarını vurğulamış, onların əsərlərinin yenidən çap olunmasının zərurətindən danışmış və hər üçünə ulu Tanrıdan qəni-qəni rəhmət diləmişlər.

AYB Mingəçevir bölməsində üç nakam şairimiz - Əli Kərim, Sərdar Əsəd və Vaqif İbrahim xatirlanıb

“Dəyirmi masa”nın bir məqamında ötən əsrin yetmişinci illərində ədəbi üfüqdə ulduz kimi parlayıb, xeyirxahlığı ilə o vaxtkı ədəbi gəncliyin və oxucuların sevimlisinə çevrilən Vaqif İbrahimlə dost-sirdaş olduğunu vurğulayan İsmayıl İmanzadə unudulmaz sənətkarla bağlı görüşlərindən söz açmaqla, onun bir neçə şeirini dilə gətirmişdir. Tədbirdə Sərdar Əsədin Əli Kərimlə dostluğuna aid maraqlı bilgilər səslənmiş, Əli Kərim dünyasını dəyişəndə onun vaxtsız ölümündən söz açan şeirlərdən birinin Sərdar Əsəd tərəfindən yazıldığı da diqqətə çatdırılmışdır. Elə bu nisgilli ovqatın fonunda Əli Kərimin “İki sevgi” şeirini Əbülfət Həsənoğlu, “Qaytar ana borcunu” əsərini isə Məmməd Mərzili əzbərdən söyləmiş, ayrı-ayrı şəxslərin dilində isə Sərdar Əsədin ziddiyyətlərlə dolu həyatının zülmət səmtindən soraq verən bir neçə poetik nümunəsi dilə gətirilmiş, sağlığında bu nadir istedad sahibinə edilən haqsızlıqlar hamıda təəsüf hissi doğurmuşdur.

Tədbiri Sərdar Əsədin:
Yeyli-yerində hər söz
Qiymətli bir incidir,
Ürəkdən gəlməyənlər
Ürəkləri incidir.

-deyimi ilə yekunlaşdıran AYB Mingəçevir bölməsinin sədri avqust ayının 28-də “Palitra” Ədəbi Kulubunun növbəti yaradıcılıq gününün görkəmli elm xadimi-söz sərrafı Xudu Məmmədova və oxucuların yaddaşında istedadlı qələm sahibi kimi əbədi olaraq yer alan mərhum şair Ənvər Rzaya həsr olacağını bildirmiş, Əli Kərim, Sərdar Əsəd və Vaqif İbrahimin şəxsiyyətlərinə və əsərlərinə dəyər verən “Dəyirmi masa” iştirakçılarına təşəkkürünü bildirmişdir.

Bəhman Gülövşəli, şair,
Azərbaycan Yazıçılar Birliyinin
Mingəçevir bölməsi


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar