Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Mən özümdən parçalar qoparıb, səni tamamladım..."- ESSE

Tarix: 08-08-2019 16:12     Baxış: 2366 A- / A+
"Mən özümdən parçalar qoparıb, səni tamamladım..."- ESSE

Aç, ürəyini...

Aç, ürəyini mənə, danış, de bütün səni sıxanları... Nəyi bacarsan, nəyi danışa bilsən de. Bir səs etmədən dinləyəcəm səni. Ola bilər yaxşı məsləhətçin olmaram, lakin gözəl dinləyicin olaram. Hər sətrini, cümləni, sözünü, hərfini özənlə ayıraram. Hardan istəyirsən, nədən istəyirsən başla, fərq etməz. Yetər ki, bir yerdən başla. Başla ki, danışıb bitirə biləsən. Yox, əgər bitməz deyirsənsə, yenə də zərrə narahat olma. Səbrim genişdi, bilirsən. Başla! İnan, necə ki, mən illərlə yalanlarını səssiz-səmirsiz, inanaraq dinləyirdim... Eyniylə də sən mənə inan, danış. Mən səndən fərqli olaraq sadəcə dinləyəcəm. Dinləyəcəm ki, ürəyin boşalsın. Bəlli ki, illər səni çox yorub. Anlıq həvəslərin də gözəl dinləyə bilməyiblər səni... Sən də axır susmağı seçib, dayanmısan. Danış, iki gözümün çiçəyi, danış. İlk günkü kimi dinləyəcəm; diqqətlə, özənlə, səbrlə, qayğıyla, gözünün içinə baxaraq. Bilirəm, bu mövzuda sən də mənim kimisən. Kimləsə danışanda istəyirsən həmin adam düz gözünün içinə baxsın. Baxacam... Aramla, incələyərək, dincələrək, anlayaraq...Axı, mən bu həyatda hər kəsi anlamaq üçün varam. Qorxma, rahat ol. Elədiklərinin əvəzini səndən zəif nöqtələrinlə çıxmayacam. Düzdü, bir zamanlar sənə də demişdim. Demişdim ki, çəkdiklərimin hamısının hesabını çəkdirənlər bir-bir qarşımda verəcək. Ancaq,heç şübhən olmasın. Mən sənin cəzanı çoxdan verdim. Verdim... Necə? Özümü həbs edərək, öz canımı özüm yandıraraq, özümü dəfələrlə yıxıb, qaldıraraq. Axı, mən sənə “özüm”demişdim. Ona görə də narahat olma,”özüm”ün cəzası verilib. Buyur, danış; illərdən, sözlərdən, səni incidən xatirələrdən, o heç sevmədiyin “kaşki”lərdən, sənə yazılan heç oxunmamış sətirlərdən, hər gün batışında təqvimdən bir tarixin daha silinməyindən, olunan dualardan, peşmanlıqlardan, gözlərinin yorğunluğundan, belə gücsüz düşməyindən... Danış, hər nə varsa. Sakitcə dinləyib, durub gedəcəm... Təki ürəyində bir şey qalmasın, təki ürəyin tamam boşalsın, təki ordan tamam süzülüb, çıxım. Aç ürəyini, danış. Lakin, əzizim, mən bu qədər əmək verib, səni axırda bu cür gücsüz düşəsən deyə yetişdirməmişdim. Çalış, heç olmaya onlara xatir ayaqda dura biləsən...Bir zamanlar da belə idin. Yarım, ürəyinin və beyninin boşluqlarında özünü itirmişdin. Gəlib, birinci o boşluqlardakı yaraları sarımağa başladım. İllərim getdi...O yaralar sağaldıqca da, boşluqların yox olmağa başladı. Mən özümdən parçalar qoparıb, səni tamamladım. Və sən yaşamın üçün tək bir səbəbinin belə qalmadığını düşünərkən, böyük dayaqların yarandı. Dediyim kimi, həyatına gəldim ki, yaşamaq üçün bir səbəbin olsun. Amma, danış... Danış, indi yaranan başqa səbəblərdən. Onlar həmin səbəbə bərabər ola bildilərmi? Gözlərin hayqırır onsuz, cənab! Bu gün hər şeyi danış, tamam aç ürəyindəki o böyük sarğını... Artıq sənə kömək ola bilməyəcək. Hər keçici həvəsin yaralarının sayını artırdı. İndi, sən istəsən də o sarğıya belə yaraşmaz qəlbin..Danış, dilindən də, ürəyindən də tamam süzülüb, çıxım... Çox daraldı ora artıq, qala bilmirəm bir zamanlar mənə ev olan o zülmətdə..

Aç ürəyini mənə, danış...

Vəcihə Ağazadə
Bakı Dövlət Universiteti, kimya fakültəsi,
Sabah qrupunun tələbəsi


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar