Sizin Reklam Burada
Xəbər lenti
10-09-2026
09-09-2026
BÜTÜN XƏBƏRLƏR

Deputatın fikirləri spikeri qəzəbləndirdi

Tarix: 07-12-2016 20:03     Baxış: 5377 A- / A+
Deputatın fikirləri spikeri qəzəbləndirdi

Milli Məclisinin bu gün keçirilən iclasında çıxış edən millət vəkili Elşən Musayevin turizmin inkişaf etdirilməsi ilə bağlı iradları spiker Oqtay Əsədovun sərt reaksiyasına səbəb olub.

Manevr.az xəbər verir ki, millət vəkili Elşən Musayev ölkədə turizmin ən yaralı yer olduğunu söyləyib. E.Musayev qeyd edib ki, bu sahənin inkişafı ləngiyir: “Ölkədə turizmi bu vəziyyətdən çıxarmaq lazımdır. Turistləri ölkəyə cəlb etməliyik. Misal üçün dəfələrlə cənab Prezident də AZAL-ın qiymətləri bahalaşdırması ilə bağlı iradlarını səslənib. Biz AZAL-a dotasiya ayırırıq ki, qiymətlərdə endirim etsin və bu sahədə inkişaf olsun. Əgər biz bunu etməsək, Azərbaycan turizm sahəsində Gürcüstandan qat-qat geri qalacaq. Çünki turistlər Gürcüstan üzərində uçuşlar edəcəklər”.

Milli Məclisin sədri Oqtay Əsədov isə deputatın bu fikirlərinə sərt reaksiya verib: “Elşən Musayev, əvvala danışanda bir az diqqətli ol! Necə yəni ölkədə turizm inkişaf etməyib?! Fikirləri səsləndirərkən, bir az diqqətli olun. Deyirsən ki, Azərbaycan Gürcüstandan geri qalar. Bu nə sözdür? Azərbaycanda turizmin inkişafı başqa sözdür, turizmin daha da inkişaf etdirilməsinə mane olan amillər başqa sözdür. Bu il Azərbaycanda turist əlindən tərpənmək olmurdu. Görmürdünüz bunları?! Gürcüstan Azərbaycanın bir əyaləti boydadır, necə yəni onlardan geri qalacağıq?!”(Teleqraf.com)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar