Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

AYB sədrliyi uğrunda mübarizə qızışdı - şok açıqlamalar, ittihamlar

Tarix: 08-08-2019 11:50     Baxış: 2323 A- / A+
AYB sədrliyi uğrunda mübarizə qızışdı - şok açıqlamalar, ittihamlar
Bu il Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı keçiriləcək. Keçiriləcək, amma sədrin kim olacağını seçkilər müəyyən etməlidir. Bu da bəzi gənc ədibləri həvəsləndirib.

Onlar AYB sədri Anarın yerinə seçilmək istəyirlər. Lakin “köhnə qvardiya” Anarın bu posta yenidən seçilməsinin tərəfdarıdır. Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda yaradılıb.
İlk rəhbəri Məmmədkazım Ələkbərli olub. Sonra Seyfulla Şamilov, Rəsul Rza, Süleyman Rəhimov, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, İmran Qasımov, İsmayıl Şıxlı kimi yazıçı-şairlər AYİ sədri olublar. 1987-ci ildən quruma Anar sədrlik edir. 32 ildir bu vəzifəni tutan Anar AYB-də ən uzunmüddətli sədrdir.
AYB sədrliyi uğrunda mübarizə qızışdı - şok açıqlamalar, ittihamlar

Qurumun birinci katibi, xalq şairi Fikrət Qoca modern.az-a bildirib ki, gənclərin bu prosesdə aktivləşməsi yaxşıdır, amma həyatda olduğu kimi, həmin mərama çatmalıdırlar: “Təki gənclər sədr seçilsinlər, kim nə deyir ki? Hamı sədr ola bilər. Mən özüm Anara səs verəcəm. Anar gedəndə mən ondan bir saat da qabaq gedəcəm. Çünki mən yaşca Anardan böyüyəm. Zamanı gələndə gedərəm. Amma AYB bizim evimizdir. Evdən bu saat qaçmalıyam?”
AYB sədrliyi uğrunda mübarizə qızışdı - şok açıqlamalar, ittihamlar

Şair Emil Rasimoğlu AYB sədrliyinə namizədliyini irəli sürəcəyini elan edib: “Bu o demək deyil ki, gənclərin hansısa biri sədr seçildikdə digərləri ona qarşı, şəxsən sədrlik postuna görə kütləvi şəkildə etiraz edəcək və ya haçansa özünün sədr olmasını gözləyəcək. Bu seçkidir, seçki! Seçkidə seçilirsən, təyin olunmursan ki, narazılıq edəsən. Fikrət Qoca indidən artıq Anar müəllimi namizəd kimi görür. 80 yaşı ötmüş bir ziyalının digər 80 yaşı ötmüş bir ziyalıya dəstək olmasına ehtiyac varmı?! Axı nə məcburdur? Olmazmı ki, Fikrət Qoca da, elə Anar müəllim də gəncləri dəstəkləyib, onları namizəd görələr?”
AYB sədrliyi uğrunda mübarizə qızışdı - şok açıqlamalar, ittihamlar

Gənc şair Fuad Cəfərli də namizədliyini elan edib və digər yazarlar da prosesə qoşulublar. AYB Gənclər Şurasının üzvü, şair Tural Turan da bildirdi ki, 13-cü qurultayda AYB sədrliyinə namizədliyini irəli sürəcək:
AYB sədrliyi uğrunda mübarizə qızışdı - şok açıqlamalar, ittihamlar
“Hazırkı sədr və onun komandası gənc yazarların beynəlxalq aləmdə, dünyada tanıdılması üçün heç nə etməyib. Xaricdə hər hansı tədbir olarsa üç-beş eyni adamlar gedir. Azərbaycanın həmin adamlardan başqa istedadlı yazarları yoxdur? Var. Amma kölgədə qalırlar. Prezident təqaüdü istisna olmaqla, gənclər üçün heç nə edilməyib.
Xarici ölkələrdə kitabları çap olunmayıb. Halbuki prezident 800 min manat bir, daha sonra da 3 milyon manat ayırıb. Bəs bu pullar hara xərclənib? Hesabatı da verilməyib. Bütün bunları nəzərə alaraq AYB-də yeni idarəetməyə ehtiyacın olduğunu görürəm".
Qan Turalı: “İdeya, yanaşma dəyişməsə, Orxan Pamuk da AYB sədri olsa xeyri yoxdur”
AYB sədrliyi uğrunda mübarizə qızışdı - şok açıqlamalar, ittihamlar

Yazıçı Qan Turalı “Yeni Müsavat”a bildirdi ki, dünyanın hər yerində AYB kimi qurumlar fəaliyyət göstərir: “Bu cür yazıçılar ittifaqlarına hər zaman ehtiyac var. Türkiyənin özündə də yazıçılar birlikləri var. Sadəcə, Azərbaycanda bu qurum fəaliyyətini günün tələbləri istiqamətində qurmalıdır. Biz daha çox görürük ki, AYB yazıçıların sosial müdafiəsi ilə məşğuldur, nəinki ədəbiyyatın özü ilə. Yaxşı olar ki, bir nəşriyyat açsın, kitab çapı üçün real addımlar atsın. Amma bu istiqamətdə heç bir iş görmürlər. Ona görə də qurultayda bu məsələlər ortaya çıxarılmasa, addımlar atılmasa sədr postunda kadr dəyişikliyinin bir əhəmiyyəti qalmayacaq”.

Qan Turalı hesab edir ki, ideya, yanaşma dəyişməsə, Orxan Pamuk da AYB sədri olsa xeyri yoxdur.

Yazıçı Əkrəm Əylisli “Yeni Müsavat”a bildirdi ki, 80 yaşdan sonra vəzifə haqda düşünmək insanın öz-özlüyündə mənəvi yoxsulluğun göstəricisidir: “Çünki 80 il yaşayan bir adam vəzifə haqda düşünə bilməz. Bu yaşda adamın başqa qayğıları olur, hansı səhvlərə yol verdiyini saf-çürük edir, axirət dünyasını necə hiss etdiyini düşünür, bütün bunları daxili sarsıntılarla yada salır.

Ona görə 80 yaşdan sonra insan bu dərəcədə mənfəətpərəst ola bilməz. Ümumiyyətlə, böyük yazıçıların həyatında belə bir şey olmayıb".
AYB sədrliyi uğrunda mübarizə qızışdı - şok açıqlamalar, ittihamlar

Əkrəm Əylisli: “AYB sədrliyinə Anarı mən təklif eləmişdim, bu günə kimi o səhvimi özümə bağışlamıram”

Ə.Əylisli qeyd etdi ki, SSRİ məkanındakı yazıçılar 70 yaşdan sonra rəhbər vəzifədə olmayıblar: “Hətta bu vəzifədə uzun müddət oturanlar da, məsələn, Türkmənistanda Berdı Kerbabayev, Qazaxıstanda Muxtar Auezov... Məndə elə şübhə oyanır ki, indi vəzifədən əl çəkməyən AYB rəhbərləri nə vaxtsa yaradıcılığa qəlbən vurğun insanlar olublar. Əgər belə olsaydı, bu adamların bioqrafiyası hədsiz dərəcədə bəsit, yoxsul olardı. 32 il bir postda oturmaq və bununla fəxr eləmək mənə qəribə gəlir. Amma hər hansı gənc yazıçı bir-iki kəlmə AYB-nin ünvanına düz söz deyəndə onu nəinki AYB-nin, az qala məmləkətin düşməni elan edirlər. Mənim AYB-yə münasibətimdə qərəz, qısqanclıq axtaranlar bilir ki, heç vaxt vəzifəpərəst olmamışam. Bütün vəzifələrdən özüm getmişəm, yalvarsalar da qayıtmamışam. İkincisi, bir yaradıcı təşkilatda 5 ildən sonra hava tapırsansa, o hava süni və sintetikdir, sağlam insan ciyərinin qəbul edə bilmədiyi natəmiz havadır”.

Ə.Əylislinin sözlərinə görə, AYB-də tarix boyunca heç vaxt belə qeyri-demokratik şərait olmayıb: “Nizamnaməyə riayət edilmir. Onsuz da nizamnaməni də özləri yazırlar, lazım gələndə istədikləri formada dəyişirlər. O vaxtlar AYB-də plenium olurdu, indi bu da yoxdur. Rəhmətlik Sabir Əhmədli deyirdi ki, daha Yazıçılar İttifaqı yoxdur, ”katiblər ittifaqı" var. İntəhası, bu gün bir dəstə cığal da var ki, əslində onların yazıçılığa, yaradıcı mühitə dəxli yoxdur, özlərindən razı adamlardır, yeganə məqsədləri AYB-dən nəsə qoparmaqdır. Biri təqaüd, biri ev istəyir. Həmin adamlara istədikləri verilməyəndə AYB-yə atəşin hücuma keçirlər. Bax, AYB-nin bunlardan təmizlənməsi hamının ürəyincə olardı. AYB-nin fəaliyyətinə birtərəfli baxmaq lazım deyil. Burada yaradıcılıq ab-havası yaxşı olsaydı neqativ özü buxarlanıb gedərdi. İndi AYB-yə qəbul olunanlar üçün üzüyolalıq əsas keyfiyyət sayılır. Axı Yazıçılar Birliyi pioner düşərgəsi deyil.

Bu gün həqiqi istedadı olanlar var ki, AYB üzvü olmaqdan utanırlar. Niyə utanırlar? Bu məsələ hökmən araşdırılmalıdır. O vaxtı AYB sədrliyinə Anarı mən təklif eləmişdim. Bu günə kimi o səhvimi özümə bağışlamıram. Növbəti qurultayda hamının qarşısında çıxış elədim, İsmayıl Şıxlıdan üzr istədim, seçimimdə səhvə yol verdiyimi boynuma aldım və qurultayı tərk elədim. Ondan sonra AYB-nin qapısından içəriyə heç vaxt ayaq qoymadım..."
AYB sədrliyi uğrunda mübarizə qızışdı - şok açıqlamalar, ittihamlar
Qəşəm Nəcəfzadə: “Xalq və hakimiyyət Anarı dəstəkləyir, mən də onun namizədliyini dəstəkləyəcəm”

AYB İdarə Heyətinin üzvü, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadə “Yeni Müsavat”a dedi ki, qurultayın 2020-ci ildə olması gözlənilir: “Bu barədə dəqiq tarixi rəsmilər daha yaxşı bilirlər. Amma gələn il olacağı ehtimalı var”. Q.Nəcəfzadə gənc yazarların namizədliyini irəli sürməsini normal qarşıladı: “Hər qurultay ərəfəsində olur, sonra qaçıb gizlənirlər. Deyirlər ki, gənc yazar sədr olsa yeni nəfəs gələr. Amma bu, yaşla bağlı deyil. Elə gənc var ki, qocadır. Elə qoca var ki, müasirdir. Anar müəllim hər cəhətdən müasirdir, xalq və hakimiyyət onu dəstəkləyir. Mən də Anar müəllimə dəstək vermək fikrindəyəm".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar