Xəbər lenti
Ekspert ABŞ-dan vaz keçən 17 yaşlı həmyerlimizlə - Şəkil

İqtisadçı ekspert Qubad İbadoğlu Türkiyənin məşhur Sabancı Universitetində 18 min təhsil haqqı ödəmədən təhsil almaq hüququ qazanmış 17 yaşlı Yasin Quliyevlə görüşüb.
Manevr.azxəbər verir ki, ekspert bununla bağlı özü məlumat paylaşıb. Q.İbadoğlu görüş zamanı istedadlı gəncə öz tövsiyələrini verib.
İqtisadçı Y.Quliyevlə fotosunu paylaşaraq, bu sözləri qeyd edib:
“İstedadlı gənc, gələcək təhsili üçün Sabancı Universitetini seçən, “Kompüter mühəndisliyi” ixtisası üzrə tələbə adını qazanan Yasin Quliyevlə görüşdüm. Yasinin təhsili və gələcək planları ilə maraqlandım. Ona daha böyük zirvələri fəth etməsi üçün tövsiyələrimi əsirgəmədim. Yolun açıq olsun Yasin, xoş sədalarını gözləyirik!”
Xatırladaq ki,17 yaşlı Yasin Quliyev ABŞ-ın bir çox universitetlərindən qəbul alsa da, Türkiyənin məşhur Sabancı Universitetində təhsil almağa üstünlük verib.
Y.Quliyevin təhsil almaq istədiyi “Kompüter mühəndisliyi” fakültəsinin təhsil haqqı 18 min dollar olsa da, universitet Yasini təhsil haqqından tam azad edib.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar