Sizin Reklam Burada
Xəbər lenti
09-05-2026
BÜTÜN XƏBƏRLƏR

Millət vəkili daha bir medala layiq görüldü - Şəkil

Tarix: 07-08-2019 12:38     Baxış: 4222 A- / A+
Millət vəkili daha bir medala layiq görüldü - Şəkil

Millət vəkili Qənirə Paşayeva Tatarıstan Dövlət Şurasının yubiley medalı ilə təltif edilib.

Manevr.az xəbər verir ki, medalı Q.Paşayevaya ölkəmizdə səfərdə olan qardaş Tatarıstanın Dövlət Şurası Maarif, Mədəniyyət, Elm və Milli münasibətlər Komitəsinin başqanı Razil Vəliyev təqdim edib. Millət vəkili ilə Tatarıstanda Dövlət Şurasında görüşünü məmnunluqla vurğulayan R.Vəliyev onu yenidən Kazana dəvət edib.

Görüş zamanı tərəflər arasında konkret layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

İlham Əliyevin Tatarıstanla münasibətlərin inkişafına böyük önəm verdiyini deyən millət vəkili Prezidentin rəhbərliyi altında ölkəmizdə aparılan geniş işlərlə bağlı qonağa geniş məlumatlar verib və onun səfərinin Azərbaycan-Tatarıstan münasibətlərinin inkişafına təkan verəcəyini xüsusi vurğulayıb.

Q.Paşayevanın dəvəti ilə ölkəmizdə səfərdə olan R.Vəliyevlə səfərin sonuncu günündə Tatarıstanın Azərbaycandakı Daimi Nümayəndəliyində görüş keçirilib. Nümayəndəliyin rəhbəri Alfred Zakirov başçılıq etdiyi diplomatik qurumun fəaliyyətləri barədə görüş iştirakçılarına bilgi verib, bu nümayəndəliyin Tatarıstanın Qafqazda yeganə nümayəndəliyi olduğunu deyib. O, Xalq şairinin Azərbaycana səfərini əlamətdar hadisə adlandırıb, keçirilən tədbirlərin yaddaqalan olduğunu bildirib.
Millət vəkili daha bir medala layiq görüldü - Şəkil


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar