Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Komitə sədrindən deputatın ittihamlarına reaksiya...

Tarix: 07-12-2016 17:03     Baxış: 4464 A- / A+
 Komitə sədrindən deputatın ittihamlarına reaksiya...

Əli Həsənov: “Hesablama Palatasının sənədində yeyinti ifadəsi yoxdur”

“Azərbaycandakı 1 milyon 200 min qaçqın və məcburi köçkünə 6,1 milyard manat vəsait sərf olunub. 95 müasir qəsəbə tikilib, ora 250 min adam köçürülüb. Lakin hələ 350 min məcburi köçkünün köçürülməsinə ehtiyac var”.

Bu fikirləri baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsinin sədri Əli Həsənov Milli Məclisdə büdcə müzakirələrindəki çıxışında deyib.

O, qaçqınların durumunun ağır olması barədə çıxışlara da reaksiya verib: “Bakı şəhərində 115 bina qəzalı vəziyyətdədir, onun 51-nə FHN rəy verib. Orda hər an fəlakət baş verə bilər. Cənab prezident gündəlik bu məsələ ilə maraqlanır və problemin həlli üçün göstəriş verir”.

Ə.Həsənov qaçqın və məcburi köçkünlərin durumu ilə bağlı narahatlıq keçirən Qüdrət Həsənquliyev, Fazil Mustafa, Astan Şahverdiyevə təşəkkür edib.

İdman obyektlərinin tikintisinə böyük miqdarda vəsait ayrrılmasına qarşı çıxan deputatların fikirlərinə gəldikdəsə, Ə.Həsənov deyib ki, dövlət bu sahə üçün lazımi miqdarda vəsait tapacaq.

“Qaçqınkom” rəhbəri dedi ki, idman obyektlərinin tikintisi Azərbaycanın dünyada tanınması baxımından önəmlidir: “Ona görə də bununla bağlı obyektlər tikilməlidir”.

Ə.Həsənov, deputatlar Çingiz Qənizadə və Hikmət Babaoğlunun qaçqınların statusları, güzəştləri ilə bağlı mətbuata son açıqlamalarının “kifayət qədər narahatlıq yaratdığını” dedi: “Kimsə hansısa problem barədə məlumatlı deyilsə, heç olmasa öyrənib, sonra danışmalıdırlar. Bu insanlar ölkənin ən zərif, həssas hissəsidir. Ona görə də, buna toxunanda həssaslıqla toxunmaq lazımdır. Biz Ermənistan mətbuatını izlədiyimiz kimi, onlar da bizim mətbuatı izləyir. Onlar növbəti beynəlxalq tədbirlərdə bu məsələni qaldıracaqlar ki, bunlar özləri statusların ləğvini istəyir. Cənab Ç.Qənizadə bugünkü çıxışında “yeyinti” sözünü işlədib. Hesablama Palatasının sənədində yeyinti ifadəsi yoxdur. Bəli, bəzi rəqəmlərdə fərq var. Bizim bir çox yerlərimizdə qaz yoxdur, ona görə də fərq yaranır. Sabah baxacaqsınız, bütün müxalifət mətbuatında yazacaqlar ki, “Qaçqınkom”da yeyinti var”. Çünki onların bizdən xoşu gəlmir. Səbəb budur ki, bizim onlarla heç bir əlaqəmiz yoxdur. Tövsiyə edərdim ki, əlaqəsi olanlar da onlardan aralansınlar”.

Ə.Həsənov daha sonra mesaj verdi: “Son 20 ildə qaçqın və məcburi köçkünlər içərisində sabitliyi heç bir qurum poza bilməyib. Bundan sonra da heç bir təşkilat ora müdaxilə edə bilməyəcək”.(musavat.com)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar