Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gənc şairdən Fikrət Qocaya cavab: "Bəs deyilmi?"

Tarix: 06-08-2019 21:46     Baxış: 4467 A- / A+
Gənc şairdən Fikrət Qocaya cavab: "Bəs deyilmi?"

“Fikrət Qoca deyir ki, gənclərin səbri o qədər yetişməyib, bir nəfər sədr olsun, qalanları gözləsinlər ki, mən də sonra olaram: “Təki gənclər sədr seçilsinlər, kim nə deyir ki?”.

Yaxşı, bəs Fikrət Qoca niyə namizəd olacaq gənclərin hamısını sədr olmaq istəyinə görə ittiham etməlidir?”.

Manevr.az xəbər verir ki, bu sözləri Modern.az-a AYB üzvü, Prezident təqaüdçüsü, gənc şair Emil Rasimoğlu söyləyib. Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında sədrliyə namizədliyini irəli sürəcəyini elan edən E. Rasimoğlu birliyin birinci katibi, xalq şairi Fikrət Qocanın bu haqda fikirlərinə laqeyd qala bilməyib:

“Təbii ki, namizədliyini irəli sürən hər gənc, eləcə də yaşından asılı olmayaraq hər kəs sədrlik iddiasını ortaya qoyur. Amma bu o demək deyil ki, gənclərin hansısa biri sədr seçildikdə digərləri ona qarşı, şəxsən sədrlik postuna görə kütləvi şəkildə etiraz edəcək və ya haçansa özünün sədr olmasını gözləyəcək. Bu seçkidir, seçki! Seçkidə seçilirsən, təyin olunmursan ki, narazılıq edəsən.
Digər tərəfdən, Fikrət müəllim bilmir ki, seçkidə vahid namizəd anlayışı da var? Bu baxımdan da gənclərin sədrliyə kütləvi namizəd olmaq istəyi sədr olmaq yox, həm də sonunda - qurultaya bir müddət qalmış vahid namizədi təyin edib, qurultaya vahid namizədlə gələ bilmək istəyi də ola bilər. Fikrət Qoca ümumən fikirlərində gənclərin namizəd olmasına müsbət yanaşsa da, indidən artıq Anar müəllimi namizəd kimi görür, hətta ona səs verəcəyini də vurğulayır. 80 yaşı ötmüş bir ziyalının digər 80 yaşı ötmüş bir ziyalıya dəstək olmasına ehtiyac varmı?! Axı nə məcburdu? Olmazmı ki, Fikrət Qoca da, elə Anar müəllim də gəncləri dəstəkləyib, onları namizəd görələr?”

E.Rasimoğlu Fikrət Qocanın zamanı çatanda AYB-dəki vəzifəsindən gedəcəyi barədə açıqlamasına da münasibət bildirib:

“O zaman hansı zamandı? Bəs deyilmi? Yaxşı əgər alternativsizliyi qəbul etmirsə, niyə çıxışında nəticəni alternativsizliyə gətirib çıxarır. Fikrət müəllimin sözlərindən belə çıxır ki, sədr bir nəfər seçilirsə, namizəd də bir nəfər olmalıdı. O da ki Anar Rzayev.
Mən bir daha gənclərin AYB-nin XIII qurultayında iştirakını mütləq hesab edib, AYB-dəki bütün postlarda (Sədr, katib və.s) gəncləri görmək naminə öz nəsildaşlarımı sağlam mübarizəyə çağırıram”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar