Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Siyavuş Novruzovdan ixtisarlara kəskin etiraz

Tarix: 07-12-2016 16:08     Baxış: 4223 A- / A+
Siyavuş Novruzovdan ixtisarlara


Siyavuş Novruzov Azərbaycanın bəzi xarici ölkələrdəki diplomatik korpuslarının bağlanmasına etiraz etdi.

Manevr.az xəbər verir ki, Milli Məclisdə (MM) büdcə müzakirələri zamanı çıxış edən millət vəkili Siyavuş Novruzov qeyd edib ki, növbəti ildə Azərbaycanın bəzi ölkələrdə diplomatik korpusunun bağlanması və ixtisarların aparılması nəzərdə tutulub.

“Biz indi xarici ölkələrə necə izah edəcəyik ki, hansı səbəbdən bu diplomatik korpusları bağlayırıq və oradakı diplomatik nümyənədlərin sayını azaldırıq? Deyək ki, ölkəmizdə böhrandır?.. Məsələn, biz bu günlərdə prezident seçkiləri ilə bağlı Özbəkistanda olduq. Bu ölkədəki səfirlikdə hərbi attaşe ixtisara edilir. Özbəkistan tərəfi anlaya bilmir ki, niyə hərbi attaşe ləğv olunur?!
İzah etmək çətindir. Bunu ilk olaraq Müdafiə Nazirliyi düşünüb, ölçüb-biçməlidir ki, harada, hansı vəzifəni ixtisar edir. Onu da qeyd edim ki, Özbəkistan o ölkələrdəndir ki, Qarabağ məsələsinə görə Ermənistanda səfirlik açmayıb. Azərbaycanı hər zaman müdafiə edir”
– deyə, millət vəkili vurğulayıb.

S. Novruzov əlavə edib ki, struktur islahatları nətcəsində əldə edilən qənaət hesabına xarici ölkələrdəki diplomatik korpausları saxlamalıyıq və onları maliyyələşdirməliyik:

“Biz struktur islahatları hesabına bu sahəyə vəsait yönəldə bilərik. Necə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi və digrə nazirliklərin birləşməsi büdcəyə nə qədər vəsaitə qənaət etdi. Dövlət aparatlarında aparılan ixtisarlar hesabına həm büdcəyə qənaət etmiş olarıq, həm də ki, xaricdə Azərbaycanın təbliğini təşkil etdirə bilərik”.

Struktur islahatlarının dərinləşməsinin vaciblyini deyən S. Novruzov bildirib ki, eyni adlı institutlar, kafedralar ixtisar və ləğv edilməlidir:

“Mən islahat deyəndə müəllimlərin ixtisarını nəzərdə tutumuram”.

Millət vəkili onu da əlavə edib ki, qanunvericilikdə belə bir məqam var ki, müəssisələrdə ixtisar olan zaman Qarabağ müharibəsi əlili,veteranı, şəhid ailəsinin üzvü ən sonda ixtisar edilməlidir:

“Amma hər şey əksinədir. İlk ixtisar olunanalar elə bu katerqoriyaya məxsus olan insanlar olur”.(gununsesi.info)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar