Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Əli Kərimli AXCP-nin pulunu necə talan etdi?-"Siyasətdən də qazanc götürüb"

Tarix: 06-08-2019 09:18     Baxış: 4230 A- / A+
Əli Kərimli AXCP-nin pulunu necə talan etdi?-"Siyasətdən də qazanc götürüb"

Azərbaycan hakimiyyətinə qarşı radikal mövqedə dayanan partiyalardan biri də Əli Kərimlinin rəhbəri olduğu "Yurd"dur.

Bu təşkilat uzun illərdir hakimiyyətə qarşı antoqonist mövqe tutmaqla, onun əleyhinə təbliğat aparır. Müxalifətçilik missiyası üçün qənaətbəxş fəaliyyət sayıla bilər. Ancaq gəlin qəbul edək ki, hakimiyyətdən şəffaflıq tələb edən qurum və ya funksionerlərin də fəaliyyəti təmiz olmalıdır. Onlar bununla bağlı hesabat verməkdən çəkinməməlidirlər.

Əli Kərimlinin hakimiyyəti sərt tənqid etdiyi mövzulardan biri də korrupsiyadır. Onda isə hakimiyyət nümayəndələri, hətta müstəqil jurnalistlər belə, Əli Kərimlidən hesabat istəyə bilərlər ki, sizin özünüz heç yerdə işləmirsiniz, amma uzun illərdir cangüdən, sürücü xidmətindən istifadə edirsiniz.

Heç bir elmi fəaliyyətlə məşğul olub qonorar ala bilməyən, fiziki əməklə məşğul olub pul qazanmayan bir adam nə ilə dolanır?

Fikir vermişik ki, müxalif qurum və şəxsən Əli Kərimlinin özü bu sualdan maksimum yayınmağa çalışır. Hətta belə sualı verən jurnalist və ya blogeri acılamaqdan belə çəkinmir. Ancaq zaman-zaman Əli Kərimli ilə bağlı belə ittihamlar, araşdırmalar mediaya yol tapıb. Hətta ona məxsus olduğu iddia edilən bəzi mülklərin fotoları da paylaşılıb, övladlarının Avropadakı bahalı institutlarda təhsil aldığı barədə məlumat verilib.

İndi isə mediada maraqlı məlumatlar tirajlanmağa başlayıb. İddia olunur ki, Əli Kərimli bir vaxtlar partiyanın ehtiyat fondundan yoxa çıxan qızıl və külli miqdarda pulu mənimsəyib, özünə yaxın qohumları vasitəsilə Şimali Qafqazda böyük biznes qurub. Söhbət 1993-cü ildə partiyanın yoxa çıxan külli miqdarda vəsaitindən gedir. Bu, Elçibəyin Bakıda olmadığı dönəmdə Əli Kərimlinin AXCP-yə rəhbərlik etdiyi və hakimiyyətlə yaxından təmasda olduğu zamana təsadüf edir. AXCP-nin gizli maliyyə fondunun yoxa çıxması ilə bağlı səslənən ittihamları nə dərəcədə əsaslı saymaq olar?
Rəfail Becanov: “AXCP-nin büdcəsi Əli Kərimli tərəfindən həqiqətən oğurlanıb”
Əli Kərimli AXCP-nin pulunu necə talan etdi?-"Siyasətdən də qazanc götürüb"

Həmin dönəmdə AXCP-nin mərkəzi qərargahında çalışmış Rəfail Becanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu söhbətlər tam reallığı əks etdirir: “Mən həmin vaxtlarda AXCP-nin İnformasiya Mərkəzinin əməkdaşı olmuşam. Biz Əli Kərimli Bakıya qayıdıb partiyanın başına keçənə kimi normal, şəffaf qaydada cədvələ qol çəkib əməkhaqqı alırdıq. Birdən-birə əməkhaqları kəsildi. Bunu maliyyə çatışmazlığı ilə izah etdilər. Amma həmin vaxt biz bilirdik ki, AXCP-nin kifayət qədər maliyyə resursları var. Söhbət kulli miqdarda vəsaitin yoxa çıxmasından gedirdi. 100-lərlə maaş alan əməkdaş yarıac, yarıtox işləməyə məhkum edildi. Həmin vaxt aparılan araşdırmalardan məlum oldu ki, vəsait Əli Kərimlinin şəxsi biznesinə yönəldilib. Ona yaxın adamlar tərəfindən vəsait ölkədən çıxarılaraq Rusiya ərazisində biznesə yönəldilmişdi. Hətta bu prosesdə iştirak edənlərin adı da məlumdur. Zamanında bu barədə mediada yazılar, araşdırmalar da dərc edilib. Həmin hadisədən sonra partiyada ciddi maliyyə böhranı yarandı. Əslində, bu, partiyanın bütün qollarını əhatə etmirdi. Əli Kərimlinin özünə yaxın olan “Yurd” qurumu yaxşı maliyyə alırdı. Onların 2000-ci ilə kimi heç bir maliyyə korluğu olmadı.

Həm hakimiyyətlə sıx təmasda idilər, həm xaricə çıxarılan və biznesə yatırılan pullardan yaxşı vəsait götürürdülər, eyni zamanda, xarici fondlardan gələn vəsaitlər həmin qrup tərəfindən həzm edilirdi. Bununla da, faktiki olaraq, AXCP-nin parçalanmasının əsası qoyuldu. Sözdə bütöv olsaq da, AXCP daxilində “Yurd” və ona tabe olmayan qanad fəaliyyət göstərirdi. İndi də həmin biznes qalır. Bəlkə də bir qədər də inkişaf edib. Fakitiki olaraq bəzi adamlar radikal müxalifət adı ilə siyasətdən də böyük qazanc götürüb imkanlı şəxslərə çevriliblər. Biz bu hadisələrin canlı şahidləriyik. Heç kim buna şübhə etməsin. AXCP-nin büdcəsi Əli Kərimli tərəfindən həqiqətən oğurlanıb”.cebhe.info


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar