Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

İsgəndər Həmidovda xərçəng şişi aşkarlanıb

Tarix: 05-08-2019 15:22     Baxış: 4241 A- / A+
İsgəndər Həmidovda xərçəng şişi aşkarlanıb

Sabiq nazir hazırda kimya terapiyadan keçir, yaxın aylarda Avropaya gedəcək.

Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının (AXH) təsisçilərindən olan İsgəndər Həmidov xərçəng xəstəliyindən əziyyət çəkir.

Manevr.az xəbər verir ki, bu haqda Müsavat TV-nin canlı efirinə qonaq olan Gələcək Azərbaycan Partiyasının (GAP) sədri, AXH üzvü Ağasif Şakiroğlu deyib. Onun sözlərinə görə, İ.Həmidovun ağciyərində bədxassəli şişin olması onun Türkiyə səfəri zamanı aşkarlanıb. Belə ki, iyun ayının əvvəlində ürəyindəki problemlərə görə Türkiyəyə yola düşən və ürəyinə stent qoyulmasına hazırlaşan İ.Həmidova orada xərçəng xəstəsi olduğu bildirilib. Aparılan müayinə və analizlər nəticəsində ağciyərində aşkarlanan şişin bədxassəli olduğu təsdiqlənib. Əməliyyat isə ürəyinin zəif funksiyasına görə baş tutmayıb.

Hazırda bir neçə günlük Bakıda olan İ.Həmidov müntəzəm həkim nəzarətindən və kimya terapiyadan keçir. Yaxın günlərdə Şamaxıdakı evinə qayıdacaq olan eks nazir bir neçə ay sonra müalicə üçün Avropaya yollanacaq.

A.Şakiroğlu bu müddətdə İ.Həmidovun mediaya açıqlama verməməsinin, jurnalistlərlə ünsiyyətdən imtina etməsinin səbəbini belə izah etdi: “Səhhətindəki bu problem onun xarici görünüşünə və təbii ki, əhvalına da təsir edib. O, medianın və geniş ictimaiyyətin qarşısına bu formada çıxmaq istəmir. Allah qoysa, səhhəti qaydasına düşər, problemlər arxada qalar, ondan sonra media ilə görüşər. Özü belə istəyir”.

A.Şakiroğlu eyni zamanda dedi ki, müxalif cameyədəki bir çox insanlar İ.Həmidovun səhhətindən xəbərdardılar. Onun fikrincə, bu səbəbdən də bəzilərinin “o, niyə ortalarda yoxdur?” sualını səsləndirməsi qeyri-səmimilikdən xəbər verir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar