Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Tarixin fəlsəfəsini anlamayan tarix üzrə elmlər doktorunun tipik obrazı" - Fazil Mustafa Fəzail Ağamalı barədə

Tarix: 03-08-2019 12:29     Baxış: 4195 A- / A+
"Tarixin fəlsəfəsini anlamayan tarix üzrə elmlər doktorunun tipik obrazı" - Fazil Mustafa Fəzail Ağamalı barədə

Son günlər deputat Fazil Mustafa ilə Fəzail Ağamalı arasında yaşanan gərginlik davam edir.

Manevr.az-ın məlumatına görə, F.Mustafa F.Ağamalı barədə yazdığı son statusda yazır:

F.Ağamalı yazır ki, onlara toxunmaq, onları addımbaşı, haqsız yerə təftiş etmək yol verilməzdir, tariximizə xəyanətdir: "Edərsən, əllərin, qələm tutan barmaqların, danısan dilin yanar. Həm də sual olunur: axı sən bu tarixi şəxsiyyətlərlə müqayisədə doğrudan- doğruya kimsən!?”

F.Mustafa isə ona cavab olaraq aşağıdakıları qeyd edib: "Fəzail Ağamalı vətənpərvərlik pafosu ilə verdiyi açıqlamanın sonunda şəxsimizə qarşı belə bir sual yönəldib. Dərhal düşünürsən ki, bu cür cahil qafaların yönləndirdiyi millət inkişaf edə bilərmi? İnsanlar gözüyumulu, bütə sitayiş edirmiş kimi tarixi şəxsiyyətlərə də sitayiş etməlidir? Onların etdiyi faydalı və zərərli əməlləri insanlar müzakirə edib nəticə çıxarmamalıdır? Baxın, Azərbaycanda tarixin fəlsəfəsini anlamayan bir tarix üzrə elmlər doktorunun tipik obrazıdır Fəzail Ağamalı. Bunların həmişə səsləndirdiyi bir qeyri-elmi arqument var: deyirlər ki, ermənilər özlərindən saxta tarix uydururlar, biz də belə etməliyik. Buyurun, siz ermənilərin etdiyini təkrarlayın. Biz türklər öz yanlışlarımızı üzə çıxarmaqdan qorxmamalıyıq. Çünki geriçiliyimizin mənbəyini tapmadıqca erməniyə də, rusa da, farsa da hər zaman məğlub olmağa məhkumuq. İndisi və gələcəyi barədə sağlam düşüncəsi olmayan xalqlar əsasən tarixə mədət yeri kimi baxırlar. Mənim kimliyimə gəldikdə isə Azərbaycanda alimliyi kitabları ilə deyil, ancaq diplomla təsdiqlənən cahillərin qarşısında öz doğrularını qətiyyətlə savunan və onların savadsızlığını üzə çıxaran, Axundovun, Rəsulzadənin, Ağaoğlunun, Hüseynzadənin bu millət üçün miras qoyduğu sağlam dünyagörüşü onlara öyrədən Azərbaycan vətəndaşıyam! Kaş ki, bizdə elmi diskusiyalar üçün normal məkan, mühit olaydı, bu cür saxta vətənpərvərlərin tezislərinin nə qədər çürük və mənasız olduğunu rahatlıqla ortaya qoyardım. Necə ki, bunu bir neçə dəfə televiziyalardakı debatlarda etmişəm və az-çox obyektiv düşüncəli insanlar buna şahiddirlər”.bakupost


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar