Xəbər lenti
Kəlbəcərli məcburi köçkünlər kömək istəyir: "TƏLƏBİMİZƏ BAXAN YOXDUR"
Bugün yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımızın problemlərinin aradan qaldırılmsı məqsədiylə dövlətin yürütdüyü humanist siyasət öz gərəkli effektini verməkdədir. Ölkə rəhbəri İlham Əliyevin qaçqın və məcburi köçkünlərə qayğısı, onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün atdığı addımlar bu siyasətin bariz nümunəsidir. Artıq minlərlə məcburi köçkün evlə təmin olunub və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam edir.
Lakin bu qədər qayğıya baxmayaraq bölgələrdə bu diqqətdən kənarda qalan, biganəliklə üzləşən məcburi köçkün vətəndaşlarımız var. Bir qrup kəlbəcərli məcburi köçkünün redaksiyamıza ünvanladığı şikayət məktubu bunu deməyə əsas verir.
Məktubda deyilir:
"Biz, 10 ailə, 48 nəfər Ağdaş rayonunun Yeniarx kəndində məskunlaşmışıq. Məskunlaşdığımız kənddə təbii qazdan tam istifadə olunur. Lakin biz kəndin kənarında olduğumuz üçün bizə qaz verilmir. Cənab prezidentin məcburi köçkünlərə diqqət və qayğısına baxmayaraq bəzi təşkilatlar bizim tələb və istəyimizə məhəl qoymur. Bu məsələni saytınızda ictimailəşdirməklə bizə yardımçı olmağınızı sizdən xahiş edirik.
Hörmətlə,
Vilayət Rzayev
Nağı Rzayev
Ceyhun Rzayev
Roza Bəndəliyeva
Eldəniz Mirzəməmmədov,
Akif Bəndəliyev
Yusif Əsədov
Şəfiqə Rzayeva
Pərviz Rzayev və başqaları"
Manevr.az olaraq inanırıq ki, aidiyyəti təşkilatlar cəmiyyətimizin həssas kəsimi olan məcburi köçkünlərin bu tələbinə biganə qalmayacaq və məsələnin tezliklə həll olunmasına çalışacaqlar.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar