Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

"Yeməkdən imtina edir" - Yalçın Rzazadənin oğlu

Tarix: 25-07-2019 14:37     Baxış: 3182 A- / A+
"Yeməkdən imtina edir" - Yalçın Rzazadənin oğlu

"Atamın səhhətində hələlik heç bir irəliləyiş yoxdur".

Bunu Türkiyədəki xəstəxanalardan birində müalicə olunan Xalq artisti, müğənni Yalçın Rzazadənin oğlu Orxan Rzazadə deyib.

Onun sözlərinə görə, atasının müalicəsi davam etdirilir: "Sistemlər qoşulub, müalicələr öz axarı ilə gedir. Bütün günü həkim nəzarətindədir. Qidalanmasında problemlər var. Bəzən yemək və içməkdən imtina edir. Əməliyyat olunandan sonra da şikayətləri var. Həkimlər deyirlər ki, Yalçın Rzazadə uçuruma gedirdi, biz onu uçuruma düşməkdən xilas etmişik. Sadəcə burada həkimlər əvvəlcədən heç bir məlumat vermirlər. Ona görə də atamın növbəti dəfə əməliyyat olunub-olunmayacağı barədə heç bir məlumatımız yoxdur".

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb. Y.Rzazadə müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılıb. O, bir neçə gün bundan əvvəl müalicə aldığı xəstəxanada əməliyyat olunub.

Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.report


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar