Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda təhlükəsizlik tədbirləri gücləndirilib

Tarix: 06-12-2016 08:26     Baxış: 4311 A- / A+
Bakıda təhlükəsizlik tədbirləri gücləndirilib
Arzu Nağıyev: “Xüsusi plana uyğun olaraq hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçir”
Toplu yerlərdə mühafizəçilərin ayıq-sayıqlığı artırılıb


Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməliyyat-axtarış tədbirləri nəticəsində “Binə” Ticarət Mərkəzinin yaxınlığında Emin Cami adlı terrorçunun zərərləşdirilməsindən sonra Bakıda təhlükəsizlik tədbirləri gücləndirilib.

Yuxarıda qeyd etdiyimiz hadisə paytaxt Bakıda terror məsələsini bir daha aktuallaşdırıb. Ötən iki gündə Bakıda, xüsusilə də iri ticarət mərkəzlərində, metro girişlərində təhlükəsizlik tədbirlərinin xeyli gücləndirildiyini müşahidə etdik.

Misal üçün “28 Mall” Ticarət Mərkəzində olarkən gördük ki, mühafizə xidmətinin əməkdaşları vətəndaşların təhlükəsizliyinə ciddi nəzarət edirlər. Bundan əlavə, mərkəzin girişində uzun müddətdir ki, təhlükəsizliklə bağlı xüsusi nəzarət qurğuları da quraşdırılıb. Eləcə də “Park Bulvar” Ticarət Mərkəzi barəsində də bunu söyləmək olar. Orada xüsusi qurğu quraşdırılmasa da, mərkəzin hər mərtəbəsində olan mühafizəçilər ətrafa ciddi nəzarət edirlər.

Yeni fəaliyyətə başlayan və insanların axın etdiyi “Gənclik Mall”da da öyrəndik ki, bir neçə gündür mühafizə xeyli gücləndirilib. Burada da girişdə insanlara ciddi nəzarət olunur. Həmçinin ticarət mərkəzinin girişində yeni mühafizə qurğuları da quraşdırılıb.
Bütün bunlar bizim gözlə gördüyümüz tədbirlərdir. Bəs digər strateji obyektlərdə mühafizə necə təşkil olunub?

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev bildirib ki, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatların hamısı çox planlı şəkildə aparılır: “Təbii ki, əməliyyat-axtarış fəaliyyəti ilə bağlı son nəticə kimi terrorun yeri və digər əməllər aşkarlanaraq ya həbs etmə, yaxud da məhv etmə kimi qərar qəbul olunur. Son zamanlar bir neçə tədbirlərdə əməliyyat işçilərinə, əməliyyat aparan xüsusi xidmət orqanının əməkdaşlarına qarşı müqavimət göstərdikdə onların hətta məhv edilməsi qərarı da qəbul edilib. Təbii, bu cür əməliyyatlar keçirilən zaman heç zaman unutmaq lazım deyil ki, Azərbaycanda da onların tərəfdarları var. Eyni zamanda Suriya və digər dövlətlərdə müəyyən yollarla gedib vuruşub sonra qayıdan, sosial şəbəkələrdə bu şəxsləri cəlb edən xüsusi qruplar da mövcuddur. Bunların da hamısının əsas məqsədi bəllidir; qurduqları planlar terror hərəkətlərini həyata keçirməklə nəticələnə bilər. Buna görə də istər vətəndaşların çox toplandığı yerlərdə, istərsə də nəqliyyat vasitələrində bütün qoruyucu, qabaqlayıcı tədbirlər görülməlidir. Dəsti-xətlərindən hiss olunur ki, böyük elektrik stansiyaları və digər bu kimi obyektlər onların heç fikirlərində də deyil.

Çünki terror təşkilatlarının əsas məqsədi özləri haqqında nəyisə büruzə vermək, eyni zamanda günahsız insanların qanını tökməklə bunu kiminsə boynuna qoymaqdır. Həmçinin hakimiyyətin düzgün idarə edilməməsi görüntüsünü yaratmaq, kütləvi informasiya vasitələrində adlarının qabardılmasına da çalışmaq onların əsas məqsədləri sırasındadır. Buna görə də, yəqin ki, xüsusi plana uyğun olaraq hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçir və onların qarşısını almaq üçün müvafiq addımlar atırlar”.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar