Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Cavid Fərzəli:"Görən, Allah bilirmi yağış üzlü kişilər bədənindən ayrı düşür..."

Tarix: 17-07-2019 18:50     Baxış: 2235 A- / A+
Cavid Fərzəli:"Görən, Allah bilirmi yağış üzlü kişilər  bədənindən ayrı düşür..."
Mənə bir ölüm doğmadır
bir də sən...


Manevr.az Cavid Fərzəlinin şeirini təqdim edir:

***
Küçələrin ürəyindəki xoşbəxtliyə yox,
azadlığa tərəf ayaq açır sənsiz hər günüm...
Üstünə döndüyüm pərdə buludlarda
sənsiz pəncərəm göz açmır səhərə.
Sən tərəfimin günü qaradı,
ağzı bıçaq kəsir sənsizliyin...
...Hər günün qapısı,
hər saatın ayağı
sənsiz kor bir ocaqdı.

Görən, Allah bilirmi
yağış üzlü kişilər
bədənindən ayrı düşür.
Hər qadınsız damın altı
dünya bir ev gecə düşür.

...Sağ qalan ağaclara tərəf yüyürmək
canından qopursa,
qanadları qırılmış yarpaqlar müharibə payızıdı...
Döndüyüm bütün yollar
sənə qayıdmaqdır.

Kaş ki, dənizlə sahil arası olaydıq,
aramızdan su keçməzdi bizim.
Nə xoşbəxt idik sevda olanda biz.
..nə aramıza ayağı dəyməzdi payızın,
nə mövsüm dəyişməzdi ürəyimiz.

İndi sənsiz küçələrə yağışlar əl tutubdur,
həsrətin evimin içində ev tikibdir,
gözlərin kor olduğum hər anıma arxa durubdur,
susqun olduğum hər saniyəmlə dil tapıbdır.
Mən indi bilmişəm
yaman şirin olurmuş ayrılığın dili,
Hamı ayağına düşürmüş öldüyü yolun.

Səni sevməksə
eyni rəng adamların
çiçək yuxusu deyil,
eyni sabahları oyanmaqdır...

Qoy, bir çiçək qopmasın ürəyin, baxışları solanım.
Gözlərin düşmən çəpəridir sənin,
yad güzgülərdə ölənim!

Küçələrin ürəyindəki xoşbəxtliyə yox,
azadlığa tərəf ayaq açır sənsiz hər günüm...
Üstünə döndüyüm buludlarda
pəncərəm göz açmır səhərə.
Hələ də
göz açan gecəyə sevirəm səni.
Mənə bir ölüm doğmadır
bir də sən...

Cavid Fərzəli

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar