Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bu şəkillə İngiltərədə məşhurlaşan azərbaycanlı - ŞƏKİLLƏR

Tarix: 16-07-2019 08:05     Baxış: 3184 A- / A+
Bu şəkillə İngiltərədə məşhurlaşan azərbaycanlı - ŞƏKİLLƏR

Böyük Britaniyada keçirilən Uimbldon tennis turnirində maraqlı anlar yaşanıb.

Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, azərbaycanlı Həsən Həsənov özü də fərqinə varmadan İngiltərədə məşhurlaşıb.

Belə ki, o, bilmədən Britaniya hersoginiyası Meqan Markla çox yaxın məsafədə əyləşib. Sevimli oyunçusu, amerikalı Serena Uilyamsı izləməyə gələn Meqan "dress-code" riayət etmədiyi üçün kraliyyət lojasında əyləşə bilməyib.

Bu zaman Roje Federerlə selfi çəkməyə çalışan Həsənov kraliyyət mühafizəçilərinin diqqət mərkəzinə düşüb. Onlar azərbaycanlının kral ailəsi nümayəndəsinin şəxsi həyatına müdaxilə etdini düşünüblər.
Bu şəkillə İngiltərədə məşhurlaşan azərbaycanlı - ŞƏKİLLƏR

Lakin Həsənov oyundan sonra KİV-lərə açıqlama verərək Federerin oyununa baxmağa gəldiyini, Meqan Markla yaxın əyləşdiyinin fərqində belə olmadığını bildirib. Oyuna baxmaq üçün səhər saat 5-dən növbədə gözlədiyini bildirən Həsənov, biletə 25 funt-sterlinq ödədiyini qeyd edib:

“Əslində, məni ən az düşdündürən Meqan, Harri və kral ailəsinin hər hansısa üzvünün şəklini çəkmək olub. Hətta belə bir şey düşənsəydim belə, əvvəlcə soruşardım. Həmin an mənə daha çox Roje Federerin fəaliyyəti maraqlı idi. Mənim yeganə məqsədim arvadıma göndərmək üçün isveçrəli tennisçi ilə selfi çəkmək idi”.
Bu şəkillə İngiltərədə məşhurlaşan azərbaycanlı - ŞƏKİLLƏR

“The Sun” nəşrinin məlumatına görə, 58 yaşlı tennis fanatı 20 ildir Londonun cənubunda yaşayır və çalışır. Neft-qaz sektorunun təhlükəsizliyi üzrə mütəxəssis olan Həsənovun Olqa adlı qadınla ailəlidir, onların Diana və Nara adlı iki qızı var.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar