Xəbər lenti
Azərbaycanlı müəllim rekordlar kitabına düşmək istəyir - Video

Lənkəranda yaşayan rəssam qeyri-adi qabiliyyətinə görə rekordlar kitabına düşmək istəyir. O, gözü bağlı halda tarixi şəxsiyyətlərin portretini çəkir.
Manevr.az-ın məlumatına görə, bu qeyri-adi qabiliyyətə malik şəxs Lənkəran sakini Vüsal Cabbarovdur. O, Lənkəranın Sütəmürdov kənd orta məktəbində tarix müəllimi işləyir. Özünü daha çox tarixçi-rəssam kimi tanıtmağa çalışan Vüsal Cabbarov işinə maraq qatmaq üçün belə qeyri-adi addım atıb.
Vüsal Cabbarov deyir ki, portreti çəkmək üçün həmin şəxsin şəklinə bircə dəfə baxmaq kifayət edir.
Vüsal Cabbarov bu qeyri-adi qabiliyyətinə görə "Ginnesin Rekordlar Kitabı"na düşmək istəyir. Rəssam bununla bağlı qeydiyatdan da keçib və cavab gözləyir.xəzərxəbər.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar