Xəbər lenti
Müşfiq ev qalmaqalından danışdı: “Deməli, Əmlak Komitəsi mənə saxta sənəd verib?”
"Mən evi 2013-cü ildə Həsənova Gülruxdan almışam. 5 saylı notariusla alqı-satqı olub və Əmlak Komitəsi mənim adıma çıxarış verib”.
Manevr.az xəbər verir ki, bunu "Yeni Sabah”a açıqlamasında "Bu Şəhərdə”nin ssenaristi Müşfiq Abbasov məhkəmə qərarı ilə əlindən alınan mənzil qalmaqalına aydınlıq gətirərkən deyib. O, bildirib ki, 2016-cı ildə, düz 3 il keçəndən sonra Həsənova Mehriban - ev aldığı xanımın xalası sən demə müəyyən edib ki, bu evi onun əri alıbmış:
"Onun əri öləndən sonra Mehriban Həsənova öz bacısı qızını - Gülrux Həsənovanı ərinin ona aldığı evi geri qaytarması tələbi ilə məhkəməyə verib. Bacısı qızı isə məhkəmədə deyib ki, evi artıq satmışam. O məhkəməni qazanandan sonra Həsənova Mehriban gəlib mənə dedi ki, sənə satılan ev mənim idi, o ev sənə saxta sənədlə satılıb. Evi qaytar.
Mən isə dedim ki, "Əgər saxta sənədlə satılıbsa, Dövlət Əmlak Komitəsi mənə necə sənəd verib?”. Deməli, Əmlak komitəsi mənə saxta sənəd verib? Notarius da həmin saxta sənədi təsdiqləyib alqı-satqıda?
Onda belə çıxır ki, hazırda sizin də yaşadığınız ev bir neçə il sonra məhkəməyə verilib saxta sənədlə alındığı "isbat” edib əlinizdən alına bilər. Əmlak Komitəsi saxta sənəd verir. Belə çıxır ki, hamı kirayədə yaşasın, Azərbaycanda heç kim mülk almasın?
Baxmayaq ki, Prezident dəfələrlə fərmanlar, sərəncamlar imzalayır ki, alqı-satqı bazarında canlanma olsun, insanlar bilsinlər ki, zəmanət var dövlət tərəfindən.
Mən Yasamal məhkəməsində qalib oldum, Yasamal məhkəməsi ədalətli qərar çıxardı. Lakin, Apelasiya məhkəməsi dedi ki, Yasamal məhkəməsi səhv edib, dövlətin sənə verdiyi çıxarış, notariusun təsdiqlədiyi alqı satqı hamısı saxtadır. Evi qaytar, qal evsiz.
Hər ehtimala qarşı hər kəsi xəbərdar edirəm ki, nə qədər insanların evini əllərindən almayıblar, hamı evini satsın. Ərəblərə satın, kirayədə yaşayın, yoxsa, əlinizdən alacaqlar”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar