Xəbər lenti
Bakının yeni hərbi prokuroru kimdir? - DOSYE

Baş prokuror Zakir Qaralovun əmri ilə Bakı şəhərinin Hərbi prokuroru vəzifəsinə təyin olunan İlyas Rzayevin tərcümeyi-halını təqdim edirik.
Rzayev İlyas Ramiz oğlu Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistr təhsil pillələrini fərqlənmə diplomları ilə bitirib.
2005-ci ildən prokurorluq orqanlarına qulluğa qəbul edilərək ərazi hərbi prokurorluqlarında müstəntiq, böyük müstəntiq, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət və Dövlət ittihamının müdafiəsi üzrə şöbələrinin prokuroru, Azərbaycan Respublikası Hərbi Prokurorunun köməkçisi, böyük köməkçisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifələrində qulluq keçib.
İ.R.Rzayev prokurorluq orqanlarında qulluq keçdiyi müddətdə dəfələrlə mükafatlandırılıb. Azərbaycan Respublikası Baş Prokurorunun 03.07.2019 tarixli əmri ilə Bakı hərbi prokuroru vəzifəsinə təyin edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar