Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Günəşli” yatağındakı həlak olmuş neftçilərin xatirəsinə abidə ucaldılıb - FOTOLAR

Tarix: 03-12-2016 19:12     Baxış: 4340 A- / A+
“Günəşli” yatağındakı həlak olmuş neftçilərin xatirəsinə abidə ucaldılıb


2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 və “Neft Daşları”ndakı 501 saylı dəniz özüllərində təbii fəlakət nəticəsində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Çilov adasında ucaldılmış abidənin açılış mərasimi olub.

SOCAR-ın mətbuat xidməti xəbər verir ki, mərasimdə çoxsaylı neftçilər, Pirallahı rayonu rəhbərliyi, faciə qurbanlarının doğmaları, ictimaiyyət nümayəndələri, Çilov adasının sakinləri iştirak ediblər.

Həlak olan neftçilərin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir. SOCAR prezidenti Rövnəq Abdullayev həlak olanların ailə üzvləri ilə birlikdə abidənin üzərindəki örtüyü götürmüş, önünə gül çələngi qoyub.

“Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov ölkəmizdə neftçi əməyinin yüksək qiymətləndirilməsindən, 4 dekabr faciəsinin bütün Azərbaycan xalqını sarsıtmasından danışıb, qəza zamanı həyatlarını itirmiş neftçilərin il mərasimlərinin keçirilməsi üçün görülən tədbirlərdən söz açıb.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev təbiətin amansız qüvvələri ilə qeyri-bərabər mübarizədə canlarını qurban vermiş neftçilərin adının Azərbaycan neft sənayesi tarixinə əbədilik həkk olunduğunu söyləyib, dəniz neftçilərinin əmək fəaliyyəti zamanı daim təhlükələrlə üzləşdiklərindən danışıb.

“Təcrübəmdən bilirəm ki, neftçilərinin əməyinin ikiqat qəhrəmanlıq olması gəlişigözəl söz deyil, bu- bir həqiqətdir! Çünki dənizdə neftçinin hər günü mərdlik, igidlik, rəşadət nümunəsidir”, - deyə R.Abdullayev bildirib.

1957-ci ildə 21 nəfər, 2015-ci ildə 30 nəfər neftçinin dənizdə həmişəlik qərq olduqlarını xatırladan SOCAR-ın prezidenti Xəzərin neftçi ruhunu, neftçi əzmini sındıra bilmədiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan neftçisi bütün çətinliklərə qələbə çalır, təbii fəlakətlər qarşısında bu gün də geri çəkilmir.

R.Abdullayev 4 dekabr faciəsinin bütün neftçilərin, xüsusilə dəniz neftçilərinin ümumi kədəri olduğunu söyləyib: “Amma biz nikbinik. Nikbinik ona görə ki, bizim yoldaşlarımız, silahdaşlarımız Vətənin rifahı üçün çalışıb, şərəflə yaşadılar, adlarını Azərbaycanın qəhrəmanlıq tarixinə yazdılar”.

“Neftçilərimizin xatirəsi hamımız üçün əzizdir, doğmadır. Bu gün açdığımız bu abidə də onların ruhu qarşısında bizim vəfa borcumuzdur. Bu abidə bizim and yerimiz, ziyarət yerimiz olacaqdır”, - deyə SOCAR-ın prezidenti əlavə edib.

Sonra Çilov adasındakı 301 nömrəli məktəbin şagirdləri tərəfindən dəniz neftçilərinin əməyini tərənnüm edən bədii kompozisiya təqdim olunub.

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov 4 dekabr faciəsi zamanı həyatlarını itirmiş neftçilərə rəhmət diləyib, onların doğmalarına və bütün neftçilərə xoş günlər arzulayıb. Pirallahı rayonunun neftçilər rayonu olduğunu bildirən V.İmanov bu rayona göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Azərbaycan dövlətinin “Günəşli”dəki qəzada həlak olanların ailələrinə daim dəstək olduğunu söyləyən 4 dekabr hadisəsinin iştirakçısı Allahverdi Məmmədov deyib: “Biz xəstəxanada olanda da, sonralar da arxamızda dövlətimizin və şirkətimizin dəstəyini hiss etdik. Bu gün də dünyasını dəyişmiş yoldaşlarımın ailə üzvləri bu qayğını hər gün hiss edirlər”.

Hadisənin digər iştirakçısı Mahal Yusifov bir il əvvəl “Günəşli”də baş vermiş qəzanı və itirdiyi iş yoldaşlarını hər gün xatırladığını bildirib: “Onlar Vətənin qüdrətinin möhkəmlənməsi uğrunda canlarını qurban verdilər. Vətən sağ olsun, dövlətimiz sağ olsun”.

Həlak olmuş neftçilərin ailə üzvləri adından İman Qasımovun qardaşı Rafiq Qasımov çıxış edərək, 4 dekabr qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin əhəmiyyətindən danışıb, bu möhtəşəm abidənin ucaldılmasına görə təşəkkürünü bildirib.

Mərasim iştirakçıları 1997-ci ildə helikopter qəzası nəticəsində həlak olmuş neftçilərin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

“Günəşli” yatağındakı həlak olmuş neftçilərin xatirəsinə abidə ucaldılıb
“Günəşli” yatağındakı həlak olmuş neftçilərin xatirəsinə abidə ucaldılıb
“Günəşli” yatağındakı həlak olmuş neftçilərin xatirəsinə abidə ucaldılıb
“Günəşli” yatağındakı həlak olmuş neftçilərin xatirəsinə abidə ucaldılıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar