Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu dövlət əmlakları özəlləşdiriləcək - HƏRRAC

Tarix: 02-07-2019 07:30     Baxış: 3117 A- / A+
Bu dövlət əmlakları özəlləşdiriləcək - HƏRRAC

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri 30 iyul tarixində keçiriləcək.

Komitədən verilən məlumata görə, bu dəfə hərraca çıxarılan səhmdar cəmiyyətləri Bakı, Sumqayıt, Kürdəmir, Beyləqan kimi şəhər və rayonlarda yerləşir. İnvestorlar “Bərdə Kərpic”, “Azinterservis”, “Şəmkir Nəqliyyat Ekspedisiya” kimi dövlət əmlaklarının 30% ilə 45% arasında olan səhm paketlərinin özəlləşməsində iştirak edə bilər. Səhmdar cəmiyyətlərindən biri Oğuz rayonu, Kərimli kəndində yerləşən “Oğuz Kəndkimya”dır. Aqrokimyəvi xidmət və təchizat üzrə fəaliyyət göstərən müəssisənin ümumi torpaq sahəsi 24 min kv.m, tikili sahəsi isə 2.6 min kv.m-dir. Səhmdar cəmiyyətinin ərazisinə inzibati bina, təmir sexi, anbarlar və digər tikililər daxildir. Özəlləşdirməyə çıxarılmış hər bir səhmdar cəmiyyəti haqqında ətraflı məlumat əldə etmək istəyənlər göstərilən linkə (http://www.privatization.az/index.php/az/component/content/article?id=6176) daxil ola bilər.

Qeyd edək ki, hərraca buraxılış tarixi 2004-2009 olan nəqliyyat vasitələri də çıxarılıb. "Nissan", "Renault", "Hyundai" və digər markalardan olan avtomobillərin ilkin hərrac qiymətləri 3 min manatla 8 min manat arasındadır. Özəlləşdirməyə çıxarılan nəqliyyat vasitələri ilə tanış olmaq və sifariş vermək istəyənlər müvafiq linkə (http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/naezhliyyat-vasitaelaeri?layout=edit&id=6174 ) daxil ola bilər. İştirak statusu qazanmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin elektron resursları üzərindən onlayn formada sifariş vermək və dövlət əmlakının hərrac qiymətinin 10%-i məbləğində behi ödəmək kifayətdir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar