Sizin Reklam Burada
Xəbər lenti
09-05-2026
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

“Elə bilirəm ki, ədəbiyyat və digər sahələrdə də layiqli gənclər bu mükafatı alacaqlar...”

Tarix: 29-06-2019 11:28     Baxış: 3236 A- / A+
“Elə bilirəm ki, ədəbiyyat və digər sahələrdə də layiqli gənclər bu mükafatı alacaqlar...”

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” Fərmanda dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.

Dəyişikliyə əsasən hər il 6 gəncə verilən 10000 (on min) məbləğində Prezident Mükafatı bundan sonra 10 gəncə veriləcək.

Yazıçılar Birliyinin Gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Moderator.az-a açıqlamasında ölkə başçısının fərmanını təqdir etdiyini bildirib:

“2014-cü ildən hər il 6 gəncə Prezident Mükafatı verilirdi və o cümlədən də mədəniyyət və ədəbiyyat sahəsində uğur qazanan gənclər də bunu alıb. Ədəbiyyat sahəsində bu bir dəfə verilib. Başqa sahələrdə uğur qazanan gənclərə də bu mükafat verilib. İndi nəzərə alıblar ki, mükafat daha geniş spektri əhatə eləsin və bütün sahələrdən hər il uğur qazanan gənclərə bu mükafat verilsin. Buna görə də 6 yer ola bilsin ki, azlıq etdiyinə görə bunu 10 yerə yüksəldiblər. Mən bunu təqdir edirəm. Gənclər üçün bu böyük stimuldur. Gənclərə Prezident Mükafatının verilməsi onların həyatında mühüm rol oynayır. Elə bilirəm ki, ədəbiyyat və digər sahələrdə də layiqli gənclər bu mükafatı alacaqlar”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar