Sizin Reklam Burada
Xəbər lenti
07-11-2026
06-11-2026
BÜTÜN XƏBƏRLƏR

ABŞ səfiri Elçibəyin ailəsinə məktub göndərdi

Tarix: 27-06-2019 18:20     Baxış: 3220 A- / A+
ABŞ səfiri Elçibəyin ailəsinə məktub göndərdi

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Azərbaycanın keçmiş Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın vəfatı ilə əlaqədar başsağlığı verib.

Manevr.az-ın report-a istinadən məlumatına görə, Ə.Elçibəyin övladları - Çilənay Səmədbəyli və Ərturqut Əliyevin adına göndərilən məktubda deyilir:

“Ananızın vəfatı barədə xəbər məni dərindən kədərləndirdi. Bilirəm ki, bu, çox ağır bir itkidir. İcazə verin, öz adımdan və ABŞ səfirliyi adından Sizə və ailənizə bu çətin zamanda dərin hüznlə başsağlığı verim. Düşüncələrimiz və dualarımız sizinlədir.

Allah rəhmət eləsin!”.

Ə.Elçibəyin övladları başsağlığına görə ABŞ səfirinə təşəkkür ediblər.

Qeyd edək ki, Azərbaycanın ikinci Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyədə vəfat edib. O, 67 yaşında dünyasını dəyişib. Mərhum doğma kəndi olan Naxçıvanın Ordubad rayonunun Kələki kəndində dəfn olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar