Xəbər lenti
DƏHŞƏTLİ HADİSƏ: Öz sidiyini içərək 1 ay boyunca sağ qaldı - VİDEO

Ayı tərəfindən qaçırılaraq mağaraya aparılan adamın hekayəsi sensasiya doğurub.
Hadisə Rusiyada baş verib. Rusiyanın Tuva bölgəsində bir boz ayı Aleksandr adlı şəxsi yaralayaraq mağarasına aparıb. Yaralı adam 1 ay boyunca öz sidiyini içərək həyatda qalmağı bacarıb.
1 ay sonra, təsadüfən ov itləri həmin mağaranın qarşısına gələrək hürməyə başlayıblar. Mağaraya girən ovçular yara içində tapdıqları Aleksandrı öncə mumya zənn ediblər. Canlı olduğunu gördükdən sonra dərhal xəstəxanaya aparıblar.
Aparılan müayinə zamanı onun onurğa sümüklərinin sındığı məlum olub. Xəstəxanadan verilən açıqlamada bildirilib ki, uzun müddət hərəkətsiz qaldığı üçün vücudunda ağır yaralar və dəridə çürümə meydana gəlib. Onun bu yaralara baxmayaraq necə həyatda qala bildiyi təəccüb doğurub.
Aleksandr ayının üzərinə atladığını, sürükləyərək mağaraya apardığını bildirib.
Qeyd edək ki, boz ayılar ovlarını daha sonra yemək üçün saxlamaları ilə bilinirlər.(xezerxeber)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar