Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

AŞPA-da azərbaycanlı məcburi köçkün və qaçqınların məsələsi müzakirə olundu

Tarix: 24-06-2019 21:24     Baxış: 3148 A- / A+
AŞPA-da azərbaycanlı məcburi köçkün və qaçqınların məsələsi müzakirə olundu

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər Komitəsində azərbaycanlı məcburi köçkün və qaçqınların məsələsi müzakirə olunub.

Manevr.az report-a istinadən xəbər verir ki, iclasda AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər Komitəsinin üzvləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, jurnalistlər və digər şəxslər iştirak ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov bu gün dünyada öz evindən qaçqın və məcburi köçkün düşmüş insanların 70 milyona çatdığını, bu insanların ehtiyaclarının və hüquqlarının aidiyyəti qurumların və ölkələrin gündəliyində duran ən mühüm məsələlərdən birinə çevrildiyini bildirib.

O, ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində məcburi köçkün düşmüş insanların problemləri və ehtiyaclarının Azərbaycan dövləti üçün prioritet məsələ olduğunu söyləyib.

F.Hüseynov azərbaycanlı məcburi köçkünlərin fundamental hüquqlarının bərpa olunması üçün Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının vacibliyini vurğulayıb.

Dövlət Komitəsi sədrinin müavini azərbaycanlı qaçqın və məcburi köçkünlərin sayı, onların ehtiyaclarının təmin olunması üçün xərclənən vəsait və s. haqqında ətraflı məlumat verərək həmin insanların bu günədək öz torpaqlarına, evlərinə qayıtmaq ümidi ilə yaşadıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar