Sizin Reklam Burada
Xəbər lenti
17-11-2025
16-11-2025
15-11-2025
BÜTÜN XƏBƏRLƏR

Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi qaldırılacaq

Tarix: 23-06-2019 18:27     Baxış: 3228 A- / A+
Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi qaldırılacaq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası iyunun 24-də işə başlayacaq. Sessiyanın açılışında Assambleyanın gündəliyi təsdiq ediləcək.

Manevr.az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti yay sessiyasında iştirak edəcək.

Sessiyada Azərbaycan nümayəndə heyəti Ermənistan tərəfindən 5 ildir ki, girov götürülmüş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldıracaq, müvafiq tədbirlər təşkil edəcək.

İyunun 24-dən 28-dək Strasburqda keçiriləcək AŞPA yay sessiyasında səlahiyyətlər və səsvermə ilə bağlı qərar qəbuletmə prosesinə dair müzakirələr aparılacaq.

Qurumun yay sessiyasında 70 illik yubileyini qeyd edən Avropa Şurasının yeni Baş katibi seçiləcək. Fransanın Avropa işləri üzrə dövlət katibi Nazirlər Kabinetinin məlumatını təqdim edəcək. Portuqaliya Prezidenti Marselo Rebelo de Susanın çıxışı da gözlənilir.

AŞPA yay sessiyasında qadınlara, eləcə də uşaqlara qarşı zorakılığa son qoymaq, gender bərabərliyinə dair birgə müzakirələr aparılacaq. Uşaq alverinə, onların cinsi istismarına dair BMT-nin xüsusi məruzəçisinin hesabatı dinləniləcək.

Həmçinin Suriyadakı vəziyyət, Bolqarıstanla monitorinq sonrası dialoq, eləcə də Avropa Şurasının büdcəsi ilə bağlı məsələlərin müzakirəsi gözlənilir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar