Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Fransua Oland prezidentlikdən niyə gedir?

Tarix: 02-12-2016 13:33     Baxış: 3412 A- / A+
Fransua Oland prezidentlikdən niyə gedir?

Fransa prezidenti Fransua Oland dekabrın 1-də paytaxt Parisin Yelisey sarayından xalqa müraciət edib. Televiziya ilə birbaşa yayılan müraciətində Fransua Oland gələn ilin yazında keçiriləcək prezident seçkisində namizəd olmayacağını açıqlayıb.

Sosialist Partiyasının liderlərindən olan Fransua Oland 2012-ci il mayın 6-da prezident seçilib. Konstitusiya ona ikinci dəfə dövlət başçısı seçilmək imkanı verir.

Novator.az-ın məlumatına görə, Fransua Oland deyib ki, dövlət başçısı seçilməzdən əvvəl verdiyi vədlərin hamısının vaxtında və tam gerçəkləşməsi mümkün olmayıb, bəzi işlər görülməsi zamanı isə səhvlərə yol verilib. Bir çox səbəbdən populyarlığının aşağı düşdüyünü etiraf edən Fransua Oland 2017-ci ildə keçiriləcək prezident seçkisinə qatılmaq istəmədiyini vurğulayıb.

Fransada sağ və mərkəzçi partiyaları 2017-ci ilin prezident seçkisində təmsil edəcək namizəd seçimi ötən ayın sonunda başa çatıb. Prezidentlik uğrunda sabiq baş nazir Fransua Fiyon mübarizə aparacaq.

Sosialist Partiyasının namizəd seçimi gələn il yanvarın 22-si və 29-da keçiriləcək.

Fransua Oland 1954-cü il avqustun 12-də Fransanın Ruan şəhərində doğulub. HEC Paris Biznes Məktəbini, Paris Siyasi Təhqiqatlar İnstitutunu, Milli İdarəçilik Məktəbini bitirib. 1979-cu ildən Sosialist Partiyasının üzvüdür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar