Sizin Reklam Burada
Xəbər lenti
19-06-2026
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

Arif Rəhimzadədən hökumətə iradlar : “Özümüz-özümüzü aldadırıq”

Tarix: 02-12-2016 12:35     Baxış: 5257 A- / A+
Arif Rəhimzadədən hökumətə iradlar

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə 33 şəhər və rayonun dotasiyadan məhrum edilməsindən bəhs etdi.

Zahirən bu rəqəmlərin ürəkaçan olduğunu deyən komitə sədri yerlərdə vəziyyəti ciddi dəyərləndirmədən belə qərar verilməsini düzgün saymadı: “Bu, tamamilə düzgün hal deyil və strateji xəttimizə zidd məsələdir. Necə yəni, yerlərdə işləyənlərin ağlı çatmır, yoxsa səhlənkarlq edirlər. Əgər belədirsə, onları çıxartmaq, yenilərini qoymaq lazımdır. Neftçala rayonunun gəlirləri artmayıb, ancaq büdcəyə 4 milyon əlavə vəsait ödəməlidir. Nəyin hesabına? Elə edək ki, orada müəssisələr tikilsin, əlavə vəsait əldə olunsun. Bunlar edilmədiyi halda, əlavə vəsait tələb ediriksə, özümüz-özümüzü aldadırıq”.

A.Rəhimzadə daha sonra əlavə edib: “Mədəniyətə 8 milyon dotasiya ayırlırsa, Azərbaycanın bütün əhalisini əhatə edən yerli özünüidarə orqanlarına 5,2 milyon vəsait verilir. Bu, çox azdır. 2014-cü ildə dotasiya ilə birgə subvensiyaların da verilməsi qərara alındı. 2015-ci ildə verildi, bu il yenə də büdcədən çıxarıldı. Başa düşürəm, vəziyyət çətindir, amma heç olmasa, kənd bələdiyyələrinə kiçik yardımlar edək. Bu il 70-ə yaxın kənd bələdiyyəsi tərəfindən layihələr təqdim olunub, biri də qəbul olunmayıb. Nəyə görə? Heç olmasa, büdcədə yazın subvensiya, qarşısına da “0” yazın. Bu da yazılmayıb. Mən xahiş edirəm, bu məsələlərə diqqət yetirin”. musavat.com

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar