Xəbər lenti
Qazaxıstanda ən böyük küçə Levon Mirzəyanın adını daşımayacaq
Uzun illər Mərkəzi Asiya və Qazaxıstan Respublikası üzrə xüsusi müxbir postunun rəhbəri olmuş, tanınmış araşdırmaçı jurnalist Aida Eyvazlının Manevr.az-a bildirdiyinə görə, ötən il Qazaxıstanın illərlə küçə və meydanlarında mövcud olan, türk millətinin qanına susamış Levon Mirzoyanın adı paytaxt Astananın ən böyük küçələrinin birindən götürülərək, həmin küçəyə tanınmış akademik Kuanış Saptayevin adı verilib. Bununla da qazaxlar əsil dost və düşnmənlərinin kim olduğunu bir daha bilmiş oldular. Sözügedən ölkədə 2012-ci ildən bəri bayram kimi qeyd edilən Prezident günü ərəfəsində, qədim Almatı şəhərindəki ən böyük küçələrinin birindən Levon Mirzəyanın adı götürülüb. Almatı şəhərinin məslihatının qərarına əsasən, 28 noyabr 2016-cı ildən etibarən, uzun illər Levon Mirzoyanın adını daşıyan küçə bundan sonra Şapık Şökin küçəsi adlandırılacaq. Aida Eyvazlı onu da qeyd edib ki, küçənin adının dəyişdirilməsində bu ölkədə fəaliyyət göstərən Qazaxıstan Azərbaycanlıları Birliyinin sədri Vidadi Salahov başda olmaqla, bu birlikdə təmsil olunan diaspora fəallarının böyük səyi və əməyi olub. Uzun illər ərzində diaspora üzvləri ölkənin müxtəlif ali təhsil ocaqlarında keçirdikləri görüşlərdə Levon Mirzoyanın iç üzünü, türkə qarşı bəslədiyi əsil düşmənçiliyini gerçək faktlarla hər zaman təbliğ ediblər.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar